Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniya qüvvələri Qəzzaya havadan 10 ton humanitar yardım atıb - Foto

Böyük Britaniyanın Kral Hərbi Hava Qüvvələri mülki şəxslərə həyati əhəmiyyətli xilasetmə yardımı göstərmək üçün beynəlxalq səylər çərçivəsində ilk dəfə martın 25-də Qəzzaya 10 tondan çox ərzaq ləvazimatını havadan buraxıb...

APA xəbər verir ki, bu barədə Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yardım konteynerlərinə su, düyü, zeytun yağı, un, konservləşdirilmiş məhsullar və körpələr üçün yeməklər və s. ibarət olan yardım daxil edilib.

"Müdafiə naziri hərbi missiya üçün təhlükənin və mülki şəxslər üçün riskin qiymətləndirilmiş şəkildə azaldılmasından sonra əməliyyata icazə verib. RAF A400M, İordaniyanın rəhbərlik etdiyi beynəlxalq yardım missiyasının bir hissəsi olaraq bu yardımı Qəzzanın şimal sahili boyunca çatdırmaq üçün İordaniyanın Əmman şəhərindən uçub. Böyük Britaniya personalı bu missiyanı planlaşdırmaq və həyata keçirmək üçün İordaniya Kral Hərbi Hava Qüvvələri ilə sıx əməkdaşlıq edib", Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.

Bildirilib ki, Böyük Britaniya daha əvvəl də hava vasitəsilə Qəzzaya humanitar yardımın çatdırılması səylərinə dəstək verib, belə ki, Qəzzanın şimalındakı Təl Əl-Həva xəstəxanasına hava yolu vasitəsilə İordaniya və Bəhreynin yardım çatdırması üçün bu ölkələri 600 paraşütlə təmin edib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Ən çox oxunanalar