Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Natiq Cəfərli: Ermənistana qarşı Rusiya tərəfindən konkret addımların atılacağını düşünmürəm...

Rusiya Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq edə bilərmi?..

İqtisadçı-ekspert: “Ermənistanla Rusiya arasında sözlü atışmalar artıq iki ildən çoxdur ki, davam edir. Son vaxtlar da bu atışmalar xeyli intensivləşib”.

“Ukrayna müharibəsi başlanandan 2.7 milyard dollarlıq Rusiyaya lazım olan qadağan olunmuş avadanlıqların, yarımkeçiricilərin, mikrosxemlərin Ermənistan vasitəsilə alınıb Rusiyaya daşınmasının şahidi olmuşuq. Yəni burada Rusiya da maraqlıdır”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Rusiya-Ermənistan münasibətlərinin son vəziyyətini Poliqon-a şərh edərkən qeyd edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov və Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova son günlər Ermənistan hakimiyyətinə mesajlar göndərirlər. Mesajlardan biri bundan ibarətdir ki, Rusiyada yaşayan ermənilər Ermənistana hər il milyardlarla dollar pul köçürürlər və bu Ermənistan büdcəsindəki vəsaitdən çoxdur. Bir çox ekspertlər bu açıqlamaları İrəvana açıq xəbərdarlıq kimi dəyərləndirilər. Lakin o da fakdır ki, Ermənistan iqtisadiyyatı sözün həqiq mənasında Rusiyadan asılıdır.

Rusiya Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq edə bilər və Qərb Ermənistanı bu sanksiyalardan qorumaq imkanlarına sahibdirmi?

Mövzunu Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “RusiyaErmənistanın qarşılıqlı söz atışmalarının hansısa konkret addımlara keçəcəyini düşünmürəm”.

Sadəcə hər iki tərəfin öz küskünlüklərini və incikliklərini dilə gətirdiklərini vurğulayan ekspert Poliqon-a bildirib ki, səslənditrilən qarşılıqlı ittihamlara baxmayaraq konkret addımlar yoxdur:

Ermənistanla Rusiya arasında sözlü atışmalar artıq iki ildən çoxdur ki, davam edir. Son vaxtlar da bu atışmalar xeyli intensivləşib. Amma burada qarşılılıqlı asılılıq var. Ermənistan Rusiyanın sanksiyalardan yan keçməsi üçün ona lazım olan yarımkeçiricilər, mikorsxemlərin alınmasında ən vacib ölkədir. Ukrayna müharibəsi başlanandan 2.7 milyard dollarlıq Rusiyaya lazım olan qadağan olunmuş avadanlıqların, yarımkeçiricilərin, mikrosxemlərin Ermənistan vasitəsilə alınıb Rusiyaya daşınmasının şahidi olmuşuq. Yəni burada Rusiya da maraqlıdır.

RusiyaErmənistanın qarşılıqlı söz atışmalarının hansısa konkret addımlara keçəcəyini düşünmürəm. Sadəcə hər iki tərəf öz küsgünlüklərini və incikliklərini dilə gətirirlər. Amma konkret addımlar yoxdur. Ermənistan həm Avrasiya İttifaqının üzvüdür, həm də Gömrük İttifaqının üzvüdür və buradan çıxması da planlaşdırılmır.

Eyni zamanda Paşinyan may ayında Rusiyaya növbəti böyük səfəri planlaşdırılır. Bir daha qeyd edim ki, Ermənistana qarşı Rusiya tərəfindən konkret hansısa addımların atılmasını düşünmürəm”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Ən çox oxunanalar