Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Ermənistanın Baş naziri Türkiyəyə qarşı yüklənib və Ankaranı regionda balansı qorumamaqda ittiham edib...

Politoloq: “Regionda sülhə mane cəhdləri Türkiyənin mövqeyi yox, Ermənistanın qeyri-konstruktivliyi, regiona kənar dövlətləri cəlb etmək və sünni münaqişələr yaratmaq cəhdləridir”.

“Hər tərəfdən əlacı kəsilən erməni hökumət rəhbəri günahı Türkiyənin üzərinə yıxmaq siyasətini götürüb”.

Bu sözləri politoloq Zeynal Əmrəliyev Ermənistanın Baş nazirinin Türkiyəyə qarşı səsləndirdiyi ittihamları Poliqon-a şərh edərkən qeyd edib.

Yunanıstanın “Kathimerin” qəzetinə müsahibə verən Ermənistanın Baş naziri Nikol Paşinyan bu dəfə AzərbaycanRusiyadan daha çox Türkiyəyə qarşı yüklənib və Ankaranı regionda balansı qorumamaqda ittiham edib. Paşinyana görə bu, regondadakı sülh prosesini təhlükə altına atır.

Ermənistanın Baş nazirinin Türkiyəyə qarşı səsləndirdiyi ittihamlarının səbəbini nəylə izah etmək olar və məhz indi bu ittihamların irəli sürülməsi nədən xəbər verir?

Ermənistan-Türkiyə münasiblərini Poliqon-un əməkdaşı politoloq Zeynal Əmrəliyev ilə müzakirə edib.

Zeynal Əmrəliyev: “Çox təəsüflər olsun ki, indi Ermənistan hökuməti də sələflərinin yolu ilə gedir. Xarici paytaxtlardan çalınan havaya oynayır”.

Paşinyanın əslində Makronun ağzı ilə danışığını qeyd edən politoloq Poliqon-a bildirib ki, Türkiyəyə nifrət edən və hər fürsətdə bunu dilə gedirəm Fransa prezidenti bu dəfə öz “bacısı”nın dili ilə danışdırmağı münasib bilib:

“Nikol Paşinyan özü sülh prossesindən yayınır, əvəzində isə günah keçisi axtarır. Hər tərəfdən əlacı kəsilən erməni hökumət rəhbəri günahı Türkiyənin üzərinə yıxmaq siyasətini götürüb. Əlbətdə, bunun saxta məlumat olduğunu, Paşinyanın faktları təhrif etdiyini Ermənistanın özün də bilirlər. Türkiyənin bu məsələdə mövqeyi hər zaman açıq və net olub. Nə qədər ki, Ermənistan ağlını başını yığıb Azərbaycanın haqlı tələblərini qəbul etməyib Türkiyə ilə Ermənistan arasında normallaşmadan söhbət gedə bilməz.

Regionda sülhə mane cəhdləri Türkiyənin mövqeyi yox, Ermənistanın qeyri-konstruktivliyi, regiona kənar dövlətləri cəlb etmək və sünni münaqişələr yaratmaq cəhdləridir. Elə Türkiyə ilə bağlı verilən açıqlamalarda buna xidmət edir. Paşinyanın əslində Makronun ağzı ilə danışır. Türkiyəyə nifrət edən və hər fürsətdə bunu dilə gedirəm Fransa prezidenti bu dəfə öz “bacısı”nı danışdırmağı münasib bilib.

Bu cür açıqlamalar qərəzdən, nifrətdən xəbər verir və bu regiona sülh gətirməyəcək. Çox təəsüflər olsun ki, indi Ermənistan hökuməti də sələflərinin yolu ilə gedir. Xarici paytaxtlardan çalınan havaya oynayır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar