Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Aprelin 5-də Brüsseldə Avropa İttifaqı, ABŞ və Ermənitan nümayəndələrinin birgə konfransı keçiriləcək...

Samir Hümbətov: “ABŞ, ErmənistanAvropa İttifaqı arasında imzalanan bu anlaşma əslində regionda yeni gərginliyin formalaşmasına gətirib çıxara bilər”.

“Aprelin 5-də Brüsseldə imzalanacaq təhlükəsizlik sazişi Ermənistana xeyirdən çox zərər gətirə bilər”.

Bu sözləri politoloq Samir Hümbətov Aİ-Ermənistan-ABŞ-ın keçirilməsi nəzərdə tutulan birgə konfransını Poliqon-a şərh edərkən qeyd edib.

Aprelin 5-də Brüsseldə Aİ-Ermənistan-ABŞ birgə konfransı keçiriləcək. Konfransda ABŞ-ın Dövlət Katibi Entoni Blinken, Avropa Koçissiyasının sədri Ursula fon der Leyen və Ermənistanın Baş naziri Nikol Paşinyan iştirak edəcək. Yayılan məlumata görə bu görüşdə Avropa İttifaq və ABŞ-ın Ermənistana təhlükəsizlik təminatı vermək barədə saziş imzalanacaq və bu saziş Ukrayna ilə bir sıra ölkələrin imzaladığı sazişin eynisi olacaq.

KTMT üzvü olan bir ölkəyə ABŞ və Aİ tərəfindən belə bir təminatın verilməsi nədən xəbər verir və imzalanacaq təhlükəsizlik təminatı regionda hərbi və yaxud siyasi balansı poza bilərmi?

Ermənistanın Qərbə tərəf atdığı növbəti addımını Poliqon-un əməkdaşı Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “ABŞAvropa İttifaqının Ermənistanı bu dərəcədə hərbi sahədə dəstəkləmək cəhdləri həm də regiona yeni gərginlik gətirə bilər”.

Ermənistan bu addımı atarsa, bunun Rusiyanın qəzəbinə daha çox səbəb ola biləcəyini qeyd edən politoloq Poliqon-a açıqlamasında vurğulayıb ki, bu da son nəticədə Ermənistana siyasi, iqtisadi və təhlükəsizlik baxımından ciddi zərbə vura bilər:

ABŞ, ErmənistanAvropa İttifaqı arasında imzalanan bu anlaşma əslində regionda yeni gərginliyin formalaşmasına gətirib çıxara bilər. Nəzərə almaq lazımdır ki, bu gün RusiyaErmənistan arasında gərgin münasibət mövcuddur. Belə gərgin münasibətin mövcud olduğu bir dövrdə münasibətləri daha da kəskinləşdirmək və Qərbə bu qədər yaxınlaşma Ermənistan daxilində ciddi problemlər də yarada bilər.

Bir məsələ də var ki, ABŞAvropa İttifaqı Rusiyanı daha çox küncə sıxışdırmaq siyasətini yürüdürlər. Yəni onlar Cənubi Qafqazda möhkəmlənmək üçün bütün imkanlardan istifadə edirlər. Nəzərə almaq lazımdır ki, hələ Rusiya qoşunları Ermənistan ərazisindədir, Ermənistan KTMT-in üzvüdür. Belə olan halda bu cür müqavilənin imzalanması KTMT nizamnaməsinə də ziddir. Ona görə də düşünürəm ki, aprelin 5-də Brüsseldə imzalanacaq təhlükəsizlik sazişi Ermənistana xeyirdən çox zərər gətirə bilər.

Samir Hümbətov: “ABŞAvropa İttifaqı Cənubi Qafqazda möhkəmlənmək üçün bütün imkanlardan istifadə edirlər”.

Hesab edirəm ki, ABŞAvropa İttifaqının Ermənistanı bu dərəcədə hərbi sahədə dəstəkləmək cəhdləri həm də regiona yeni gərginlik gətirəcək. Təbii ki, bunu həm də Ermənistana açıq həm siyasi, həm də hərbi dəstək göstərilməsi kimi də dəyərləndirilə bilər.

Qeyd edim ki, müqavilənin imzalanmasında Aİ diplomatiyasının rəhbəri Ursula fon der Leyenin iştirakı da təsadüfi hal sayılmır. Hesab edirəm ki, Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək. Çünki Ermənistan bu addımı atarsa, bu Rusiyanın qəzəbinə daha çox səbəb ola bilər. Bu da son nəticədə Ermənistana siyasi, iqtisadi və təhlükəsizlik baxımından ciddi zərbə vura bilər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Ən çox oxunanalar