Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb - Foto

Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb...

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan nəzarət tədbirləri zamanı satış yerlərində olan “Saklıvadi” əmtəə nişanlı zeytun yağlarının fərqli qablaşdırılması və etiketlənməsi, idxal sağlamlıq aktı və müvafiq müşayiətedici sənədlərinin olmaması bu məhsulların həqiqiliyi və mənşəyi barədə əsaslı şübhələr yaradıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq agentlik tərəfindən dərhal müvafiq tədbirlər görülüb. Belə ki, muxtar respublikada fəaliyyət göstərən bir topdansatış anbarında 145, 40 pərakəndə satış mağazasında isə 196 ədəd olmaqla, ümumilikdə, satışda olan 341 ədəd beş ltirlik qablaşdırmada “Saklıvadi” əmtəə nişanlı zeytun yağlarının toxunulmaması təmin edilərək dövriyyəsi dayandırılıb. Adıçəkilən məhsullardan sınaq məqsədilə 3 ədəd nümunə seçilərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Sınaq nəticələrinə əsasən hər üç yağ nümunəsinin keyfiyyət göstəricilərində bır sıra uyğunsuzluqlar aşkar edilib. Bundan əlavə yağ-turşu tərkibi üzrə əldə olunan müayinə nəticələrinə əsasən məhsulun təmiz zeytun yağı deyil, bitki mənşəli yağ qarışığından ibarət olduğu müəyyənləşib.

İnsanların həyat və sağlamlığı baxımından vəziyyətin ciddiliyini nəzərə alaraq agentlik tərəfindən müvafiq tədbirlər görülüb. Belə ki, 338 ədəd 5 litrlik qablaşdırmada (1690 litr) “Saklıvadi” əmtəə nişanlı saxta zeytun yağlarının məhvi barədə qərar qəbul edilib və martın 28-də proses həyata keçirilib.

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Kral III Çarlz xərçəng diaqnozundan sonra gələn həftə vəzifələrinə davam edəcək

Moskvada 9 May-Qələbə Paradında spirtli içkilərin satışı məhdudlaşdırılacaq

Nazpəri Dostəliyeva: “Ailə qurduqdan sonra həyat yoldaşım icazə verdi, toylara getdim” - Video

Rusiya səfiri Böyük Britaniya XİN-ə çağırılıb

Ən çox oxunanalar