Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Makron Putinun G20 sammitinə dəvət olunmasına qarşıdır...

Fransa prezidenti: Putinin G20 sammitinə dəvət olunması digər ölkələrlə müzakirə olunmalıdır...

Fransa prezidenti Emmanuel Makron assosiasiyanın digər üzvləri ilə Vladimir Putinin Braziliyada keçiriləcək G20 sammitinə dəvət edilməsinin mümkünlüyünü müzakirə etməyi zəruri hesab edir.

Poliqon xəbər verir ki, Makron bunu Braziliya prezidenti Luiz İnasio Lula da Silva ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

“Kimin nə düşündüyünü, başqaları ilə necə işlədiyini soruşmaq həmişə faydalıdır. Axı bu klubun məqsədi odur ki, hər şey digər 19 üzvlə razılaşdırılmalıdır. Dəvət olunan şəxsin azadlığı ilə hər kəsə hörmət arasındakı uyğunluq məhz budur”, deyə Makron fikrini izah edib.

Makron Fransanın Breqanson şəhərində keçiriləcək G7 sammitinə hazırlıq zamanı eyni sualla üzləşdiyini xatırladıb. Həmin vaxt bir sıra görüş iştirakçıları Putini dəvət etsələr, gəlməyəcəklərini bildiriblər. Eyni zamanda Fransa prezidenti qeyd edib ki, onun Braziliya prezidentinə “dərs vermək” hüququ yoxdur və sammitə kimi dəvət edəcəyinə özü qərar verməlidir.

Qeyd edək ki, Braziliya prezidenti rusiyalı həmkarını 2024-cü ildə keçiriləcək G20 sammitinə dəvət edəcəyinə söz verib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Kral III Çarlz xərçəng diaqnozundan sonra gələn həftə vəzifələrinə davam edəcək

Moskvada 9 May-Qələbə Paradında spirtli içkilərin satışı məhdudlaşdırılacaq

Nazpəri Dostəliyeva: “Ailə qurduqdan sonra həyat yoldaşım icazə verdi, toylara getdim” - Video

Rusiya səfiri Böyük Britaniya XİN-ə çağırılıb

Ən çox oxunanalar