Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uçot dərəcəsinin azaldılması kredit faizlərinə necə təsir göstərəcək?   

Mərkəzi Bankın uçot dərəcəsinin azaldılması ilə bağlı qərarı həm infilasiya səviyyəsinin optimallaşması, eyni zamanda, makroiqtisadi stabilliyin qorunması ilə bağlıdır...

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

O qeyd edib ki, əslində, proses 2023-cü ildən etibarən başlayıb.

"Bu kontekstdə real iqtisadi əsaslar var idi. Uçot dərəcəsinin azaldılmasında əsas məqsədlərdən biri məhz kredit və depozit faizlərinə təsiri artırmaqdır. Baxmayaraq ki, hələlik bunun kredit və depozit faizlərinə təsiri hiss olunmur. Əksinə, biz xüsusən depozit faizlərində artımları müşahidə etmişik. Bütün hallarda uçot dərəcəsinin kredit və depozit faizlərinə daha real olaraq təsir etməsi, kredit faizlərin də azalmalara gətirib çıxarması çox vacibdir.

Mərkəzi Bank artıq kredit və depozit faizlərinin optimallaşdırılmasına, xüsusən də kredit faizlərinin aşağı salınmasına təsir etməyə çalışacaq. Uçot dərəcəsinin azaldılması manatla yığımlar baxımından vacib idi", - deyə V.Bayramov bildirib.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 7.75%-dən 7.5%-ə, faiz dəhlizinin yuxarı həddinin 8.75%-dən 8.5%-ə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib.(trend)

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Ən çox oxunanalar