Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fələstinin BMT-yə üzvlüyü sabah Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacaq

Fələstinin Birləşmiş Millətlər Təşkilatına (BMT) tamhüquqlu üzvlüyü Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacaq...

"Report"un ABŞ bürosu xəbər verir ki, qanun layihəsinin aprelin 18-də BMT TŞ-nin Yaxın Şərqlə bağlı nazirlər səviyyəsində keçirəcəyi iclasda səsverməyə çıxarılacağı gözlənilir.

Qətnamə layihəsinin qəbul edilməsi üçün 15 üzvdən ibarət BMT TŞ-nin 5 daimi üzvü veto hüququndan istifadə etməməli və layihəyə 9 "lehinə" səsi verilməlidir.

Şuradan müsbət qərar çıxacağı təqdirdə, məsələ BMT Baş Assambleyasında müzakirə olunacaq və səsverməyə çıxarılacaq. 193 üzvdən ibarət BMT Baş Assambleyası Fələstinin tamhüquqlu üzvlüyünü təsdiqləmək üçün səslərin üçdə ikisi "lehinə" olmalıdır.

Qeyd edək ki, Fələstin 2011-ci ildə BMT-yə tam üzv olmaq üçün müraciət edib, lakin bu müraciət BMT TŞ-də lazımi dəstəyi almayıb və Fələstin 2012-ci ildə təşkilatda müşahidəçi ölkə statusu alıb.

Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur aprelin 2-də verdiyi bəyanatda BMT-nin baş katibi Antoniu Quterreşə məktub göndərərək, üzvlük müraciətlərinə yenidən baxılmasını istəyib. A.Quterreş isə aprelin 3-də BMT TŞ-na məktub yazaraq Fələstinin tələbinin gündəmə gətirilməsini istəyib. BMT TŞ aprelin 8-də Fələstinin tələbini təşkilata "Yeni Üzvlərin Qəbulu Komitəsi"nə göndərib.

Fotolar

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

“Threads” sosial şəbəkəsi Türkiyədə bağlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Ən çox oxunanalar