Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fələstin prezidenti Ağ Evin təklifini rədd edib...

Prezident Mahmud Abbas ABŞ-ın Fələstinin BMT-yə üzvlüyü ilə bağlı səsvermənin təxirə salınması təklifini qəbul etməyib...

Fələstin prezidenti Mahmud Abbas ABŞ prezidenti Co Bayden administrasiyasının Fələstinin Birləşmiş Millətlər Təşkilatına (BMT) tamhüquqlu üzv qəbul edilməsi ilə bağlı səsvermənin təxirə salınması ilə bağlı təkliflərini rədd edib.

Poliqon xəbər verir ki, bu barədə aprelin 18-də “Axios” portalı öz mənbələrinə istinadən məlumat yayıb.

Xəbərdə qeyd edilir ki, son iki həftə ərzində aparılmış uzun danışıqlar zamanı ABŞ administrasiyası Abbas və onun müşavirlərini BMT-yə üzv olmaqdan imtina etməyə inandırmağa çalışıb. “Axios” yazır ki, ABŞ Dövlət katibi Entoni Blinken telefon danışığı zamanı bu təkliflə şəxsən Fələstin prezidentinə müraciət edib.

Bayden administrasiyası, Abbasın Ağ Evdə ABŞ prezidenti ilə görüşə dəvət olunacağı təqdirdə, onun təklifini dayandırmağı təklif edib. Lakin Fələstin lideri belə bir təklifdən imtina edib.

İsrail mənbəsindən verilən məlumata görə, Əlcəzair, Qayana, Çin, Malta, Mozambik, Rusiya, Sloveniya və Syerra Leone Fələstinin BMT-yə tam hüquqlu üzvlük istəyini dəstəkləməyə hazırdır. Böyük Britaniyanın səsvermədə bitərəf qalacağı gözlənilir.

Məlumata görə, Vaşinqton və Təl-Əviv Fransa, İsveçrə, Ekvador, Cənubi Koreya və Yaponiyanı bu təklifin əleyhinə səs verməyə və ya səsvermədə bitərəf qalmağa inandırmağa çalışır. Mənbələr bildiriblər ki, cəhdlər uğursuz olarsa, ABŞ qətnaməyə veto qoya bilər.

Qeyd edək ki, Fələstin hazırda BMT-də daimi müşahidəçi statusuna malikdir. 2011-ci ildə ölkə artıq bu beynəlxalq təşkilata tamhüquqlu üzv olmağa çalışsa da, son nəticədə müşahidəçi statusu ilə məhdudlaşaraq qərardan imtina edib.

BMT-yə yeni üzvün qəbulu proseduru Təhlükəsizlik Şurasının 15 üzvündən doqquzunun səsini tələb edir, bir şərtlə ki, daimi üzvlərdən heç biri (Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransa) onun əleyhinə səs verməsin. Bundan sonra məsələ Baş Assambleyaya təqdim olunur. Burada da ərizə səslərin üçdə ikisini almalıdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

Ən çox oxunanalar