Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu həftə ABŞ-dan Ukraynaya silah tədarükü bərpa ediləcək

ABŞ prezidenti Co Bayden bildirib ki, sabah Ukrayna Silahlı Qüvvələrinin tədarükünə bu həftə başlamaq üçün Konqresin hər iki palatası tərəfindən təsdiqlənmiş Ukraynaya 61 milyard dollarlıq yardım ayıran qanun layihəsini imzalayacaq...

Poliqon xəbər verir ki, bu barədə Ağ Evin saytında dərc olunan bəyanatda bildirilib. ABŞ prezidenti Ağ Evin təklif etdiyi layihəyə səs verən qanunvericilərə təşəkkür edib.

“Bu kritik qanun müttəfiqlərimizin yanında olduğumuz üçün millətimizi və dünyanı daha təhlükəsiz edəcəkQ, deyə Baydenin bəyanatında bildirilir.

Ukrayna prezidenti Vladimir Zelenski də ölkəsini dəstəkləməyə davam edən Senata və Amerika vətəndaşlarına təşəkkür edib.

“Mən prezident Baydenin dəstəyini də yüksək qiymətləndirirəm və qanun layihəsinin tezliklə imzalanmasını və növbəti hərbi yardım paketinin təqdim olunmasını səbirsizliklə gözləyirəm”, deyə Zelenski Telegram kanalında yazıb.

Qeyd edək ki, bu gün, aprelin 24-də ABŞ Senatı Nümayəndələr Palatasının ardınca Ukraynaya yardım üçün 61 milyard dollar nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Reuters-in məlumatına görə, ABŞ səlahiyyətliləri artıq Ukraynaya 1 milyard dollar məbləğində yeni yardım paketi hazırlayırlar. Pentaqon yardımın ilk partiyasının yaxın günlərdə göndəriləcəyini bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Ən çox oxunanalar