Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO üzv dövlətlərə nüvə silahı yerləşdirəcək?

Hazırda NATO Alyansa üzv dövlətlərə nüvə başlıqlarının yerləşditilməsini nəzərdə tutan Nüvə Paylaşımı proqramını genişləndirməyi planlaşdırmır...

Poliqon xəbər verir ki, bunu Alyansın baş katibi Yens Stoltenberq Böyük Britaniyanın baş naziri Rişi Sunakla birgə mətbuat konfransı zamanı deyib.

Baş nazirə NATO ölkələrinin nüvə silahı mübadiləsi proqramını genişləndirmək üçün danışıqlar aparıb-aparmaması barədə sual verilib.

"Xeyr, NATO-nun nüvə paylaşımı razılaşmalarını genişləndirmək, əlavə Alyans ölkəsində hər hansı nüvə silahı yerləşdirmək planları yoxdur", deyə Stoltenberq cavab verib.

Qeyd edək ki, Nüvə Paylaşımı ABŞ və Şimali Atlantika Alyansının bir neçə ölkəsi arasında birgə proqramdır və lazım gəldikdə nüvə silahlarının Amerika anbar bazalarından alyans üzvlərinin ərazisinə köçürülməsinə imkan verir. Eyni zamanda, yerləşdirməyə təkcə ABŞ prezidenti deyil, həm də Böyük Britaniyanın baş naziri, həmçinin NATO-nun nüvə planlaşdırma qrupu razılıq verməlidir.

Nüvə silahının birgə istifadəsi çərçivəsində iştirakçı ölkələr nüvə silahı siyasəti ilə bağlı məsləhətləşmələr aparır və birgə qərarlar qəbul edir, nüvə silahının istifadəsi üçün zəruri olan texniki avadanlıqları (xüsusən, nüvə başlıqlarına malik təyyarələri) saxlayır və öz ərazisində saxlayırlar.

Bundan əvvəl Polşa prezidenti Andjey Duda bildirib ki, ölkəsi Polşa NATO-nun Nüvə Paylaşımı proqramı çərçivəsində ABŞ nüvə silahlarının öz ərazisində yerləşdirilməsinin əleyhinə deyil: "Mən bu mövzu ilə bağlı artıq bir neçə dəfə amerikalı tərəfdaşlarla danışmışam. Gizlətməyəcəyəm, mənə Polşada nüvə başlıqlarının yerləşdirilməsi barədə sual veriləndə buna hazır olduğumuzu bildirmişəm. Əgər müttəfiqlərimiz NATO-nun şərq cinahının təhlükəsizliyinin gücləndirilməsi üçün nüvə silahından birgə istifadə çərçivəsində bizim ərazimizdə də nüvə silahı yerləşdirmək qərarına gəlsələr, biz buna hazırıq. Biz Şimali Atlantika Alyansında müttəfiqik və bu planda bizim də öhdəliklərimiz var".

Ardınca Polşanın baş naziri Donald Tusk Nüvə Paylaşımı proqramı çərçivəsində ABŞ-ın nüvə silahlarını ölkədə yerləşdirməyə hazır olması barədə sözlərinə görə prezident Anjey Dudanı tənqid edib: "Mən istərdim ki, təhlükəsizliklə bağlı bütün mümkün təşəbbüslər ilk növbədə buna cavabdeh olan insanlar tərəfindən çox diqqətlə hazırlansın və hər kəs buna ehtiyacımız olduğuna əmin olsun".

Onun sözlərinə görə, nüvə silahının yerləşdirilməsi ideyası çox genişmiqyaslı və ciddidir və bununla bağlı o, dövlət başçısını belə bəyanatla çıxış etməyə vadar edən motivlərlə maraqlanıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar