Der Spiegel: Tramp Kiyevə yardım məsələsində ABŞ-ın əsl hisslərinin nə olduğunu başa düşdü...
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp ölkədə Ukraynaya dəstəklə bağlı real əhval-ruhiyyəni dərk edib və buna görə də Kiyevə hərbi yardımın ayrılmasına mane olmayıb.
Poliqon xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” nəşri yazır.
“Tramp ölkədə əsl əhval-ruhiyyənin nə olduğunu başa düşdü. Əksər amerikalılar Konqresin tam blokadada qalmamasını, mühüm siyasi layihələr həyata keçirməsini istəyir. Tramp bu hissi izləyir... O, mötədil dəyişkən mərkəzçi seçicilərin səsini əldə etməyə çalışır”, deyə nəşr qeyd edir.
Məzalədə həmçinin qeyd olunur ki, Kiyevə dəstək məsələsində Tramp özünü “həmişə olduğu fürsətçi” kimi aparıb.
Qeyd edək ki, son zamanlar Donald Tramp Vaşinqtonun Ukraynaya yardım göstərməsi ideyasına mənfi münasibət bəsləməyi dayandırıb.
Poliqon.info