Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı dünyada ən çox xarici investisiya yatırılan üçüncü şəhər olub    

Böyük Britaniyanın “Financial Times” qrupunun “FDI Intelligence” nəşri 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin TOP 100 reytinqini açıqlayıb...

"APA-Economics" xəbər verir ki, Bakı reytinq sıralamasında 3-cü yerdə qərarlaşıb.

Nəşrin qeyd etdiyinə görə, Azərbaycana birbaşa xarici investisiya yatırılması ilə bağlı ötən il əldə edilmiş razılaşmalar 2017-ci ildən sonrakı dövrdə ən irihəcmli layihələrdir. Bildirilib ki, bir neçə mühüm logistika layihələri ilə yanaşı, 2023-cü ildə Bakıya təkcə Macarıstanın “Hell Group” şirkəti tərəfindən 211 milyon dollar sərmayə yatırılacağına dair saziş imzalanıb.

“Financial Times”ın “FDI Intelligence” nəşrinin reytinq cədvəlində ilk yeri Almaniyanın Manheyim şəhəri tutub. İkinci yerdə isə Rumıniyanın Krayova şəhəri yer alıb. Hesabatda bildirilir ki, 2023-cü ildə dünya üzrə şirkətləri 1,33 trilyon dollar dəyərində birbaşa xarici investisiyaların qoyulması barədə razılığa gəlib ki, bu da əvvəlki illə müqayisədə 4 % çoxdur.

Qeyd edək ki, “Financial Times” nəşrinə məxsus “FDI Intelligence” iqtisadiyyatın bir çox sektorları üzrə qlobal və regional bazarların və korporativ investisiya mühitinin dərin təhlili üzrə ixtisaslaşıb. Nəşrin “FDI 100” metodologiyası birbaşa xarici investisiyaların cəlbi baxımından sürətlə inkişaf edən 100 regionun öyrənilməsinə əsaslanır. Reytinq özəl kapital bazarları üzrə məlumatların qiymətləndirilməsi və elan edilmiş investisiya layihələrinin sayını, kapital qoyuluşunun və birbaşa xarici investisiyaların artım tempini, habelə investisiyalar hesabına yaradılacaq yeni iş yerlərinin sayını nəzərə alır.

Poliqon.info


Etiket: Bakı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar