ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib ki, Rusiya nüvə yüklü kosmik peyk hazırlayır...
Poliqon xəbər verir ki, Sallivan Rusiyanın BMT Təhlükəsizlik Şurasında kosmosda nüvə silahının yerləşdirilməməsinə dair qətnamə layihəsinə veto qoymasını belə şərh edib.
“Əvvəllər qeyd etdiyimiz kimi, Birləşmiş Ştatlar Rusiyanın nüvə qurğusu ilə təchiz olunmuş yeni peyk hazırladığına inanır. Biz prezident Putinin açıq şəkildə Rusiyanın kosmosda nüvə silahı yerləşdirmək niyyətində olmadığını söylədiyini eşitmişik. Əgər belə olsaydı, Rusiya bu qətnaməyə veto qoymazdı”, deyə Sallivanın Ağ Evin saytında yayımlanan şərhində deyilir.
Qeyd edək ki, kosmosda nüvə silahının yerləşdirilməməsinə dair qətnamə layihəsi ABŞ və Yaponiya tərəfindən hazırlanıb. Maddələrdən birində kosmosda yerləşdirmək üçün nəzərdə tutulmuş nüvə silahının hazırlanmasına qadağa qoyulub. Rusiya sənədi bloklayıb, Çin səsvermədə bitərəf qalıb, 13 ölkə isə qətnaməni dəstəkləyib.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya vetonunu belə izah edərkən deyib ki, Rusiya Federasiyası kosmosda təkcə nüvə deyil, istənilən silahı qadağan etməyə çalışır. Dipolmatın sözlərinə görə, Moskva istənilən növ silahların kosmosda yerləşdirilməsi qadağasına qoşulmağa hazırdır, lakin Qərb buna hazır deyil.
Poliqon.info