Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gizli sənəd: Alman ordusu ABŞ qoşunlarını NATO-nun şərq cəbhəsində necə qarşılayacaq?..

Alman ordusu komandirləri Almaniyanın müharibəyə hazır olduğunu göstərən gizli sənədin bir hissəsi olaraq, NATO-nun şərq cəbhəsinə doğru hərəkət edərkən minlərlə Amerika əsgərini necə qidalandıracaqları və onların tanklarına yanacaq dolduracaqları ilə bağlı planlar hazırlayır...

Poliqon xəbər verir ki, Bundesver general-leytenantı Andre Bodemann FAZ nəşrinə müsahibəsində ordunun mülki müdafiəyə xüsusi diqqət yetirməklə yeni, uzunmüddətli təhlükəsizlik planı hazırladığını bildirib.

Qeyd edilir ki, planlaşdırma təfərrüatlarının əksəriyyəti dövlət sirridir, lakin yüksək səviyyəli zabit planlaşdırma prosesinin bir hissəsinin çoxlu sayda Amerika əsgərini, əsasən də mülki şəxsləri qidalandırmaq üçün maddi-texniki təchizatla bağlı olduğunu açıqlayıb.

"Məsələn, şərqə doğru hərəkət edən ABŞ diviziyası, minlərlə tank, minlərlə əsgər olsa, o zaman onları qidalandırmaq və tankları yanacaqla doldurmaq və ya bəlkə də təmir etmək lazımdır", deyə Bodemann bildirib.

Generalın fikrincə, Bundesverin maddi-texniki təminatı ehtimal ki, cəbhədəki öz əsgərləri ilə əlaqəli olardı.

"Bu o deməkdir ki, bizim maksimum mülki müdaxiləyə ehtiyacımız olacaq. Karvan yanacaqdoldurma məntəqələrindən və ya mülki nəqliyyatdan alacaq, Qırmızı Xaç tibbi yardım göstərəcək və ərzaq mülki iaşədən gələcək. Bu, klassik bir hal olardı", deyə hərbçi bildirib.

Bu kontekstdə "The Telegraph" qeyd edir ki, Bodemanın şərhləri Böyük Britaniyanın baş naziri Rişi Sunakın Berlinə səfəri zamanı gəlib və o, ABŞ-ın NATO qarşısındakı öhdəliyini davam etdirmək üçün Avropa ölkələrinin müdafiə xərclərini artırmaqda Britaniyadan nümunə götürməli olduğunu deyib.

"General Bodemanın açıqlamaları Almaniyanın yaxın beş il ərzində Rusiya ilə potensial silahlı münaqişə qarşısında özünü "müharibəyə hazır" etməyə çalışdığına dair son sübutdur. Baxmayaraq ki, o, Almaniyanın hansı şərq cəbhəsini müdafiə edəcəyini dəqiqləşdirməyib. NATO rəsmiləri getdikcə daha çox narahatdırlar ki, Rusiya qüvvələri Ukraynada son nəticədə qalib gələrsə, Vladimir Putin NATO-nun şərq cinahına hücuma keçəcək", deyə nəşr qeyd edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Ən çox oxunanalar