Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yunanıstan Ukraynaya “Patriot” və S-300 sistemlərini imtina edib

Yunanıstanın baş naziri “Patriot” və S-300 sistemlərini Ukraynaya verməkdən imtina etdiyini açıqlayıb...

Yunanıstan Ukraynaya “Patriot” və ya S-300 zenit-raket komplekslərini ötürmək niyyətində deyil.

Poliqon xəbər verir ki, bunu Yunanıstanın baş naziri Kiriakos Mitsotakis “Skai” telekanalına müsahibəsində bildirib. Baş nazirin sözlərinə görə, buna səbəb bu sistemlərin ölkənin hava məkanının qorunması üçün vacib olmasıdır.

Baş nazir xatırladıb ki, Yunanıstan Ukraynanı müxtəlif yollarla, o cümlədən silahlarla dəstəkləyib.

“Lakin biz əvvəldən demişdik ki, bizim çəkindirmə qabiliyyətimiz üçün vacib olan silah sistemlərindən imtina edə bilmərik. Bizim Ukraynaya dəstək verə biləcəyimiz artıq avadanlıqlar vardı və biz bunu etdik. Belə materialları tapa bildiyimiz zaman bunu davam etdirəcəyik”, deyə Mitsotakis bildirib.

Qeyd edək ki, daha əvvəl Financial Times yazmışdı ki, Avropa İttifaqı (Aİ) ölkələri İspaniya və Yunanıstanı Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təchiz etməyə məcbur edir. Qəzetin mənbələrinə görə, Avropa liderləri keçən həftə Brüssel sammitindən istifadə edərək məsələni İspaniya və Yunanıstanın baş nazirləri Pedro Sançes və Kiriakos Mitsotakislə şəxsən müzakirə ediblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Android 15 yeniləməsi ilk olaraq hansı telefonlara gələcək?

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Ən çox oxunanalar