NATO-nun baş katibi postuna əsas namizəd, Niderlandın hazırkı baş naziri Mark Rütte ölkəyə səfəri zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan kömək istəmək niyyətindədir...
Poliqon xəbər verir ki, bu barədə N-TV yazır.
Qeyd edilir ki, Rütte martın 31-də Ərdoğanla telefon danışığı aparıb və o, Şimali Atlantika Alyansının baş katibi vəzifəsinə namizədliyini dəstəkləməyi xahiş edib. İndi baş nazir bu məsələni şəxsən Türkiyə prezidenti ilə müzakirə etməyə hazırlaşır.
Aprelin 3-də Niderland Yayım Korporasiyası (NOS) mənbələrə istinadən xəbər verib ki, baş nazir Mark Rüttenin NATO-nun baş katibi vəzifəsinə namizədliyi Alyansa üzv olan 32 ölkədən 28-i tərəfindən dəstəklənib. Bəzi NATO rəsmilərinin fikrincə, Rumıniya prezidenti Klaus İohannis Şərqi Avropa ölkələrindən yeganə namizəd olduğundan namizədliyini geri götürsə, Rütteni dəstəkləmək Macarıstan və Slovakiya üçün daha asan olar.
Qeyd edək ki, NATO-nun hazırkı baş katibi Yens Stoltenberqin səlahiyyət müddəti ötən il bitsə də, bir il uzadılıb. Bu il Alyans yeni rəhbər seçməlidi. Nizamnaməyə əsasən, NATO-nun baş katibi üzv dövlətlərin yekdil qərarı ilə seçilir.
Poliqon.info