Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin lideri Avroya gəlir: Makron Sidən Putinlə bağlı nə istəyəcək?..

Fransa prezidenti Emmanuel Makron Çin prezidenti Si Szinpin vasitəsilə Rusiya prezidenti Vladimir Putinə və Ukrayna münaqişəsi ilə bağlı Rusiyanın mövqeyinə təsir göstərməyə çalışır...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi mənbələrə istinadən yazıb.

"Prezident Emmanuel Makron Fransaya iki günlük səfəri zamanı Si Szinpinlə şəxsi münasibətlərini dərinləşdirməyə çalışmaq niyyətindədir və Çin liderindən Vladimir Putini Rusiyanın Ukraynadakı müharibəsinə son qoymağa çağırmağı xahiş edəcək", deyə agentlik bildirib.

"Bloomberg" mənbələri qeyd edir ki, bu strategiyanın təşviqi ilə paralel olaraq, Makron elektrikli avtomobillər üçün akkumulyator istehsalının Fransa sektoruna Çin investisiyalarını cəlb etmək istəyir.

Agentlik mənbələri bununla əlaqədar olaraq Si Szinpinin Avropa ölkələrinə səfəri çərçivəsində Parisdəki Yelisey sarayında şam yeməyində gözləniləcəyini bildirib.

Bundan əvvəl Si Szinpinin mayın 5-dən 10-dək Serbiya, Fransa və Macarıstana səfər edəcəyi açıqlanıb. Çin diplomatik departamentində qeyd olunduğu kimi, Serbiya prezidenti Aleksandr Vuçiç, Fransa prezidenti Emmanuel Makron, Macarıstan prezidenti Tamaş Szuyok, eləcə də Macarıstanın baş naziri Viktor Orban Çin liderini ölkəyə səfərə dəvət ediblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Qızıl Aypara: Rəisinin helikopterinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

Ən çox oxunanalar