Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şuşaya qayıdış başlanır

Prezident İlham Əliyevin tapşırığı əsasında, tezliklə Şuşadan olan məcburi köçkünlərin doğma şəhərə qayıdışı başlanacaq...

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən APA-ya verilən xəbərə görə, bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin, Şuşa Rayon İcra Hakimiyyətinin və Dövlət Komitəsi yanında İctimai Şuranın nümayəndələri də iştirak ediblər.

Qayıdışın başlanmasını çox böyük sevinc hissi ilə qarşılayan şuşalılar məcburi köçkünlük dövründə onlara göstərilən diqqət və qayğıya, həmçinin hazırda şəhərin bərpasına və yenidən qurulmasına, orada müasir tələblərə cavab verən yaşayış şəraitinin yaradılmasına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Şuşa şəhərinə köçürüləcək ailələr çoxmənzilli binalarda mənzillə təmin olunacaqlar. Yeni yaşayış sahələri indiyədək respublika ərazisində müxtəlif yerlərdə müvəqqəti məskunlaşmış və Şuşa şəhərində daimi qeydiyyatda olan məcburi köçkünlərə verilir.

İlk püşkatma şəhid ailələri, qazilər və şəhərdə tikinti, bərpa-quruculuq işlərində çalışan 20 ailə arasında keçirilib və onların hər birinə ailə tərkibinə uyğun mənzil təqdim edilib. Mənzillər 2, 3, 4, 5 otaqlıdır.

Püşkatmada iştirak etmiş ailələrin may ayının əvvəllərində Şuşa şəhərinə yola salınması nəzərdə tutulur.

Şuşa şəhərinə köçürüləcək ailələr arasında püşkatma mərhələli şəkildə davam etdiriləcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Qızıl Aypara: Rəisinin helikopterinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Ən çox oxunanalar