Ukraynada genişmiqyaslı müharibə gedir və Ukrayna dövləti sağ qalmaq üçün ABŞ hakimiyyətinin ayırdığı yeni yardımdan ağıllı şəkildə istifadə etməlidir...
Poliqon xəbər verir ki, bunu "The Hill" nəşri yazıb. Nəşr qeyd edir ki, Amerikanın yeni yardım paketi 2024-cü ilin sonuna qədər Ukrayna ordusunun adekvat təchizatını təmin etməlidir, lakin sonrakı maliyyələşdirmə seçkilərin nəticələrindən (ABŞ-da prezident seçkiləri payızda keçiriləcək) asılı ola bilər.
"Bu yardım ukraynalılara Rusiyanın irəliləyişini dayandırmağa və bəlkə də son qazanclarının bir qismini geri qaytarmağa imkan versə də, 2022-ci ildə işğal etdikləri şərq və cənubun geniş ərazilərini geri almağa imkan verməyəcək", deyə nəşr qeyd edib.
ABŞ-da prezident seçkiləri ərəfəsində demokratlar və respublikaçılar arasında yaranan fikir ayrılıqları fonunda onlar uzun müddət Ukraynaya yeni ciddi yardım paketini keçə bilməyib. Aprelin sonunda bu məsələ nəhayət öz həllini tapıb - Ukraynayua kömək üçün 61 milyard dollar ayrılan qanun qəbul edilib. Sənədi aprelin 24-də prezident Co Bayden imzalayıb. Pentaqon yeni yardımların Ukraynaya çox tez çata biləcəyini bildirib.
London Kral Birləşmiş Xidmətlər İnstitutunun (RUSI) analitiki Metyu Savil bildirib ki, ayrılan yardım Ukraynanın əks-hücumları üçün kifayət deyil. Onun sözlərinə görə, 2024-cü ildə Ukrayna tərəfinin əks-hücum üçün real perspektivləri yoxdur.
Poliqon.info