İraq uzun müddət ərzində ilk dəfə olaraq Türkiyə ilə sərhəddə iki hərbi baza yaradıb...
Poliqon xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" qəzeti mənbələrə istinadən məlumat yayıb.
"İraq Körfəz Müharibəsindən sonra ilk dəfə sərhədimizə yaxın iki baza qurub. Bu qərar Türkiyə ilə razılaşdırılaraq qəbul edilib. Bu bazalar Türkiyəyə qarşı yönəlməyib. Əksinə, Türkiyənin lojistik dəstəyi ilə öz sərhədlərini qorumağa açıqdırlar", deyə nəşr yazıb.
"Hürriyet" həmçinin Türkiyə Silahlı Qüvvələrinin Şimali İraqda PKK-ya qarşı hərbi əməliyyatına hərtərəfli hazırlıq barədə məlumat verib.
Bundan əvvəl Türkiyə Silahlı Qüvvələrinin yayda İraqda PKK-ya qarşı hərtərəfli quru əməliyyatı keçirəcəyi bildirilirdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bildirib ki, Ankara Suriyada təhlükəsizlik dəhlizi (30-40 kilometr) yaratmağa çalışır.
Poliqon.info