Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Finlandiya prezidenti: Ukraynada sülhə aparan yeganə yol müharibədən keçir...

İndi Ukraynada sülhün yeganə yolu döyüş meydanından keçir...

Poliqon xəbər verir ki, bunu Finlandiya prezidenti "Frankfurter Allgemeine Zeitung" nəşrinə müsahibəsində bildirib.

"Sülh yolunda hardansa başlamalısan, Zelenski ilə söhbətdən sonra məndə səmimi sülh arzusunun olduğunu hiss etdim", deyə prezident vurğulayıb.

Stubb gələn il razılaşmaya yol açacaq vəziyyətin yaranacağını proqnozlaşdırıb. Lakin onun fikrincə, bu gün bunun vaxtı çatmayıb.

"İndi sülhə gedən yeganə yol döyüş meydanından keçir", deyə Finlandiya prezidenti bildirib.

O, həmçinin qeyd edib ki, Zelenski bir sıra ölkələrin liderlərini 2024-cü il iyunun 15-16-da İsveçrədə keçiriləcək sülh sammitinə dəvət edib. Finlandiya prezidenti ümid etdiyini bildirib ki, tədbirdə mümkün qədər çox dövlət və hökumət başçıları iştirak edəcək və Rusiya ilə görüş keçiriləcək.

Bundan əvvəl Çexiya prezidenti Petr Pavel bildirib ki, Ukrayna müharibəsi zamanı Qərb ona dəstək verməkdə çox ehtiyatlı olub. Amma əvvəllər yardım göstərilsəydi, vəziyyət tamam başqa cür ola bilərdi.

Eyni zamanda, Böyük Britaniyanın xarici işlər naziri David Kameron Qərb ölkələrinin Rusiyanın Ukraynaya təcavüzündən dərs almadıqlarını bildirib. Parlamentdən kənarda xarici işlər naziri kimi ilk əsas çıxışında o, Qərbi daha sərt və daha iddialı olmağa çağıracaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Qızıl Aypara: Rəisinin helikopterinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

Təyyarə və helikopter qəzasında ölən dünya liderləri - Siyahı

İbrahim Rəisinin ölümü Xameneyinin oğlunun mövqelərini gücləndirib

Ən çox oxunanalar