Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəsimi rayonunda Ümummilli Liderin anadan olmasının 101 illiyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Nəsimi rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə və "Yaşıl dünya naminə həmrəylik ili"çərçivəsində ağacəkmə aksiyası keçirilib...

Aksiyada Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon qurumlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Aksiya çərçivəsində Nəsimi rayonunda yerləşən Vaqif prospekti boyu parkın ərazisində və yaşıllıq zolaqlarında 200-ə qədər şam ağacı əkilmiş, rayonun Mir Cələl küçəsi boyu parkda isə 500-ə qədər mövsümi gül-çiçəklər əkilmişdir. Eyni zamanda həyata keçirilən aksiya zamanı rayon ərazisində abadlıq işləri aparılaraq, 5000-ə yaxın ağaclara da aqrotexniki qulluq göstərilmişdir.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu çərçivədə bütün ölkə ərazisində olduğu kimi Nəsimi rayonunda da il ərzində yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə işlər davam etdirilir.

Poliqon.info

 

 

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Qızıl Aypara: Rəisinin helikopterinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

Təyyarə və helikopter qəzasında ölən dünya liderləri - Siyahı

İbrahim Rəisinin ölümü Xameneyinin oğlunun mövqelərini gücləndirib

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Ən çox oxunanalar