Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd olunub

Bakı Dövlət Univetsitetinin Mexanika-riyaziyyat, Fizika fakültələrinin və Azərbaycan İstiqlal Muzeyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibəti ilə tədbir keçirilib...

Poliqon xəbər verir ki, tədbirdə millət vəkilləri Sadiq Qurbanov və İltizam Yusifov, Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov, fakültələrin rəhbərlikləri və müəllimləri, tələbələr iştirak ediblər.

İlk olaraq qonaqlar İstiqlal muzeyi tərəfindən sərgilənən Heydər Əliyevin həyatını əhatə edən foto sərgi ilə tanış olublar. Azərbaycan Respublikasının Dövlət himni səsləndikdən və Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin xatirəsi anıldıqdan sonra söz tədbirin qonaqlarına verilib.

Millət vəkili Sadiq Qurbanov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın tarixində mühüm rol oynamış görkəmli şəxsiyyət olduğunu qeyd edərək, onun həyat və fəaliyyətinin gənclərimiz üçün daima bir örnək olduğunu bildirdi. Müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ulu Öndərin ağır vəziyyətdən çıxartdığı respublikamızın Heydər Əliyev məktəbinin yetirməsi və Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada söz sahibi olan bir dövlətə çevrildiyini, kimsədən asılı olmayan güclü iqtisadiyyata malik olduğunu vurğuladı. S.Qurbanov Azərbaycanın yüksəlişinin 1994-cü il “Əsrin müqaviləsi”nin imzalanması ilə qoyulduğunu, Ulu Öndərin uzaqgörən siyasətinin bu günkü qələbələrə gətirdiyini qeyd etdi.

Millət vəkili İltizam Yusifov da Ulu Öndərin Azərbaycan qarşısında göstərdiyi müstəsna xidmətlərdən danışdı. Professor Misir Mərdanov Ümummilli Liderin rəhbərliyi altında çalışdığı illərə aid xatirələrini danışdı. O, qeyd etdi ki, Ulu Öndər təbiətən istedadlı şəxs idi. Eyni zamanda, Heydər Əliyev çalışqanlığı, zəhmətkeşliyi, yüksək iradəyə malik olması, bütün işlərə məsuliyyətlə yanaşması nəticəsində böyük dövlət adamı kimi formalaşmışdı.

Həmçinin tədbirdə Mexanika-riyaziyyat fakültəsinin dekan müavini Etibar Əhmədov, Fizika fakültəsinin dekan müavini Məhəmməd Məhərrəmov, THT sədri Murad Muradov Heydər Əliyevin həyat və yaradıcılığı haqqında çıxış etdilər.

Tədbirin sonunda tələbələrin hazırladığı Ümummilli Lider haqqında videoçarx nümayiş olundu və İstiqlal muzeyi ilə əməkdaşlıq haqqında danışıldı.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Qızıl Aypara: Rəisinin helikopterinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

Təyyarə və helikopter qəzasında ölən dünya liderləri - Siyahı

İbrahim Rəisinin ölümü Xameneyinin oğlunun mövqelərini gücləndirib

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Ən çox oxunanalar