Çərşənbə axşamı, 28 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident Azərbaycan gənclərini təbrik edib

Prezident İlham Əliyev 2 fevral – Gənclər Günü münasibətilə Azərbaycan gənclərini təbrik edib...

PİA.az-ın xəbərinə görə, təbrikdə deyilir:

"Hörmətli gənclər!

Sizi 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, yüksək əhval-ruhiyyə və gələcək işlərinizdə uğurlar arzulayıram.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə gənclərimizə geniş və açıq müzakirə tribunası vermiş ilk forumun keçirildiyi günün ölkəmizdə 1997-ci ildən etibarən Gənclər Günü kimi qeyd olunması ənənəsi bir daha təsdiq edir ki, gənclər siyasəti dövlətimizin sosialyönümlü siyasətinin və insan kapitalının məqsədyönlü inkişafının əsas istiqamətlərindəndir. Ötən müddətdə apardığımız işlər gənclərin maraqlarının və ahəngdar inkişafının təmin olunması üçün lazımi şərait yaradılmasını sürətləndirmiş, onların təşkilatlanmasında və ictimai-siyasi fəallığının artmasında əhəmiyyətli rol oynamışdır.

Göstərilən diqqət və qayğının nəticəsidir ki, Azərbaycanda milli məfkurəyə sadiq və dünyanın qabaqcıl gəncliyi ilə inteqrasiya etməyə qadir olan bir nəsil yetişmişdir. Gənclərimiz bu gün həyatımızın bütün sahələrində yaxından iştirak edir, ölkəmizin iqtisadi gücünün, hərbi qüdrətinin artması və siyasi nüfuzunun yüksəlməsi, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara əsaslanan vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi işində qüvvə və bacarığını əsirgəmir, zəngin mədəni irsimizin qorunub saxlanması və təbliği yolunda mühüm addımlar atırlar.

Azərbaycanda həyata keçirilən gənclər siyasəti yeni nəslin intellektual və innovativ potensialının reallaşmasına hərtərəfli imkan yaratmaqla yanaşı, eyni zamanda onda dərin vətənpərvərlik ruhu formalaşdırmışdır. Azərbaycan gənci məhz qəlbindəki güclü Vətən sevgisi sayəsində döyüşlərin əsas ağırlığını qəhrəmancasına öz üzərinə götürərək xalqımızın qələbə əzmini dünyaya nümayiş etdirmiş və 44 günlük Vətən müharibəsində Zəfər salnaməsi yazmışdır.

Əminəm ki, Azərbaycan gəncliyi tariximizin bu yeni dövründə də ölkəmizin gələcək inkişafına layiqli töhfələr verəcək, yeni-yeni nailiyyətləri ilə bizi sevindirəcəkdir".

pia.az


Etiket: İlham Əliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar Şəhidlər xiyabanında kobud səhv - Foto  

Satışa çıxarılan kəndin əhalisi haradadır? 

DTX: Xarici xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuş şəxslər həbs ediliblər

"“Filan mağazada alça 90 manatdır, çiyələk 25 manatdır, filan restoranda kababın şişi 15-20 manatdır”..."

Azərbaycanda bu tarixdə hava şəraiti kəskin dəyişəcək 

Sarayda minik maşını ilə yük avtomobili toqquşub, 3 nəfər ölüb  - Yenilənib

Bakıda məktəb direktoru özünü “Ertoğrul”a bənzətdi - Video, açıqlama

Azərbaycanda neçə alim, neçə akademik var? - Statistika

Rusiya Təhlükəsizlik Şurasının katibi: “Rusiya elə bir silaha malikdir ki...”

AVRO-2024: İsveç - Azərbaycan oyununda ikinci qol vurulub - Yenilənib

Elgiz: “Hacı Nuranın elçilik təklifindən sonra Pərvanə özündə deyil” - Video

Ən çox oxunanalar