Cümə, 31 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaponiya fevral ayında Rusiya neftini barel başına 68 dollara alıb

2023-cü ilin fevralında Yaponiya Rusiyadan Qərb ölkələri tərəfindən müəyyən edilmiş tavan həddindən yüksək qiymətə neft alıb...

Poliqon.info xəbər verir ki, bu barədə TASS Agentliyi məlumat yayıb. Agentlik yazır ki, Yaponiya bir barel üçün 68,5 dollar ödəyib.

TASS" öz məlumatında Yaponiya Maliyyə Nazirliyinin statistikasına əsaslanıb. Müvafiq məlumatlar ictimaiyyətə açıqdır.

Bu statistikaya görə, 2023-cü ilin fevralında Yaponiya Rusiyadan təxminən 232,7 min barel neft alıb. Onun ümumi dəyəri təxminən 15,945 milyon dollar olub. Məhz bu partiyada alqı-satqı bir barel üçün 68,52 dollar olub.

Qeyd edək ki, Yaponiyanın da daxil olan "Böyük yeddilik" ölkələri Avstraliya və Avropa İttifaqı ilə birlikdə 2022-ci ilin dekabrından Rusiya neftinin bir barelinin qiymətinin 60 dollar səviyyəsində olacağı barədə razılıq əldə ediblər. Məhdudiyyətlər Rusiyadan dəniz yolu ilə daşınan xam neftə aiddir.

TASS Yaponiyanın Rusiya neftini dəniz yolu ilə daşınan “tavan” qiymətindən yuxarı alıb-almadığını göstərmir. Eyni zamanda, nəşr qeyd edir ki, Tokio "Saxalin-2" layihəsi çərçivəsində hasil olunan nefti sanksiyalardan kənarlaşdırıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İran casus şəbəkəsinə qarşı əməliyyat davam edir: Daha beş nəfər saxlanıldı - Yenilənib, Foto

Baxmut uğrunda döyüşdə dönüş nöqtəsi – Rusiya öz gücünü itirib...

Fazil Mustafanı vuran sui-qəsdçilər niyə tutulmur? – Növbəti teraktın baş verməməsi üçün…

İran generalının ittihamı əsassızdır, gülüncdür - Müdafiə Nazirliyi  

“İstənilən deputatdan güclüyəm”- Faiq Ağayev

Cavan Zeynallının həyat yoldaşı ilbizdən vəfat edib? - Video

Sünni-şiə söhbəti edən din xadimlərinə xəbərdarlıq 

“Rusiyanın Vardanyanla bağlı ikinci planı var” - Politoloq

Tapança ilə əsir saxladığı hamilə sevgilisini qətlə yetirdi – Video

Ən çox oxunanalar