Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı” haqqında Sərəncamın gənc nəslə çatdırılması barədə tədbir keçirilib

31 Mart- Ümummilli lider Heydər Əliyevin İmzaladığı “Azərbaycanlıların soyqırımı” haqqında Sərəncamının tarixi əhəmiyyətinin gənc nəslə çatdırılması barədə tədbir keçirilib...

Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı. Sovet hakimiyyəti dövründə təxminən 70 il xalqın qan yaddaşını silməyə aramsız cəhdlər göstərilsə də, bu, mümkün olmadı və nəhayət, həqiqət anı yetişdi.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. İndi uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.

Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq 31 mart 2023-cü il tarixində rayon ərazisində yerləşən Azərbaycan Tibb Universiteti ilə birgə tədbir keçirilmişdir.

Tədbirdə şəhid ailələri, qazilər, rayon ictimaiyyəti nümayəndələri, rayon ağsaqqalları, İctimai Şuranın üzvləri və rayon gəncləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək qeyd etmişdir ki,1998-ci ildən 31 Mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırım günü kimi qeyd edilir. Azərbaycanlıların kütləvi surətdə qırğını,repressiyalara məruz qalması,doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.

Ermənilərin azərbaycanlılara qarşı soyqırımları XX əsrin sonlarında bir daha təkrarlandı. 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə nəticələndi. Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı avantürist hərəkətin nəticəsi olaraq bu gün bir milyondan artıq soydaşımız öz doğma yurd-yuvalarından didərgin salınıb. Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid olub. Ulu öndər Heydər Əliyev həmin tarixi Fərmanında ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri diqqətə çatdırılır. Qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.

Tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpədən səhnələri üzə çıxır. Son vaxtlar məlumatların dəqiqləşdirilməsi istiqamətində axtarışlar genişləndirilir. Təkzibolunmaz arxiv sənədləri, soyqırımlarını təsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlanır.

Müasir gəncliyin əsas vəzifəsi güclü dövlət naminə obyektiv tariximizə etinasızlıq göstərməməsi, tariximizi dəqiq öyrənməli və qonşularımızın kimlər olduğunu heç vaxt yaddan çıxarmamalıyıq. Bu qiymətli tarixi sənədlər erməni xəyanətini, onların insanlığa, bəşəri dəyərlərə qarşı çevrilmiş eybəcərliklərini bütün dünya qarşısında ifşa etməyə imkan yaratmışdır. Beləliklə, azərbaycanlı müsəlmanlarına qarşı genosidin tarixi mərhələlərini təhlil edərkən XX əsrdə Azərbaycan xalqının məruz qaldığı soyqırım siyasəti bizə yaşadığımız acı tarixdən ibrət alaraq hadisələrə tarixi, siyasi və hüquqi qiymət verilməsi üçün mübarizə aparmaq və gələcəyi bu gündən düşünməyə vadar etməkdədir.
Cənab Prezidentimiz İlham Əliyev ermənilərin ötən əsrdə etdikləri genosid faktlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində mütərəqqi addımlar atmış və atmaqdadır. Bu faciələr tariximizin bütün dövrlərində dəfələrlə təkrarlanmış həqiqətlərdir və bunları unutmağa mənəvi haqqımız yoxdur.
Azərbaycan xalqı faciə qurbanlarının xatirəsinə hər zaman xüsusi qayğı və sevgi ilə yanaşır. Xalqımız qəhrəman qızlarını və oğullarını heç zaman unutmayacaqdır!

Sonra Nəsimi rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski çıxış edərək qeyd etdi ki, Əzəli Azərbaycan torpaqlarında məskunlaşaraq burada özlərinə dövlət quran ermənilər tarixboyu xalqımıza qarşı xəyanətlərə əl atıblar. Onlar uydurduqları “böyük Ermənistan” mifinin əsrinə çevrilib və bu mifi reallaşdırmaq üçün ən çirkin vasitələrə əl atmaqdan belə çəkinmirlər. Bir etnos olaraq tarixlərini saxtakarlıqla yazan, maddi və mədəniyyət abidələrimizi, mətbəximizi mənimsəyib öz adlarına çıxmağa çalışan ermənilər, eyni zamanda, zaman-zaman azərbaycanlılara qarşı misli görünməyən vəhşiliklər, qətliamlar, vandalizm əməlləri, soyqırımları törədiblər. Təkcə XX əsrdə xalqımız dörd dəfə - 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə ermənilər tərəfindən soyqırımı və etnik təmizləmələrə məruz qalıb. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar; Erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirmiş, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtmışlar; Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəsi qətlə yetirmişlər;
Azərbaycan Tibb Universitetinin İctimai fənnlər kafedrasının müdiri, professor Qoşqar Əliyev çıxışında bildirdi ki,“Böyük Ermənistan” yaratmaq xülyasında olan ermənilər 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər.1918-ci ilin mart ayında əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı.Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşında əbədi həkk olunmuşdur.Azərbaycanlıların soyqırımı Bakı,Şamaxı,Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir.

1988-ci ildə ortaya atılan qondarma Dağlıq Qarabağ konfliktinin ilkin mərhələsində 100 minlərlə azərbaycanlı öz tarixi torpaqlarıdan qovuldu.1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu.Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə çoxsaylı azərbaycanlının məhv edilməsi,əsir alınması,şəhərin yerlə yeksan edilməsinə gətirib çıxardı.Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmişdir. Bu gün Azərbaycan Respublikasının Prezideni cənab İlham Əliyevin rəhbərliyi altında Xocalı soyqırımının dünya dövlətləri arasında tanınması istiqamətində böyük işlər görülür.Hal-hazırda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” beynəlxalq kompaniyası ildən-ilə geniş vüsət alır.

Sonra Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxış edərək qeyd etdi ki, Tarixi proseslərin gedişi Ermənistan dövlətinin və erməni lobbisinin təcavüzkar siyasətinin iflasa məhkum olduğunu sübut etməkdədir. Ümumiyyətlə, ötən əsrdə dörd dəfə —1905-1906, 1918-1920, 1948-1953 və 1988-1989-cu illərdə yaranmış siyasi vəziyyətdən, müstəmləkəçilik dövründən faydalanaraq ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı və deportasiyalara baxmayaraq mənfur düşmənin “Böyük Ermənistan” xülyası gerçəkləşməmişdir. Artıq həm hərb, həm də siyasi arenada uzaqgörən liderimiz, mübariz xalqımız, rəşadətli ordumuz ermənilərə layiq olduğu cavabı verib. Güclü Azərbaycan dövləti indidən sonra da tarixi torpaqlarına göz dikən, xalqımıza qarşı yönələn bütün təhdidlərə cavabını verəcəkdir.

Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev ermənilərin azərbaycanlılara qarşı törəkdikləri vəhşiliklərin canlı şahidi olduğunu qeyd edərək Bakı hadisələri ilə demək olar ki eyni vaxtda Şamaxıda da azərbaycanlıların soyqırımı baş vermişdi. Sübh çağı yatmış şəhərin artilleriya atəşinə tutulması ilə başlayan silahlı hücumdan və ardınca törədilən yanğınlar, dağıntılar və azərbaycanlı dinc əhaliyə qarşı dəhşətli qəddarlıqlardan sonra Şamaxı külə çevrilmişdi. Şəhərin müsəlmanlar (azərbaycanlılar) yaşayan bütün hissəsi, eləcə də erməni məhəlləsindəki bütün azərbaycanlı evləri, içərisində gizlənmiş insanlarla birlikdə bütün məscidlər, azərbaycanlılara məxsus bütün ticari və mülki obyektlər yandırılmışdı. Ermənilərin qanlı cinayətlərindən biri 1918-ci ilin mayında Quba qəzasında törədilmişdi. Şəhərin ələ keçirilməsi müsəlman əhalinin öldürülməsi və onlara qarşı zorakılıqla müşayiət olunurdu. İlk iki gündə Qubada 1700-dən çox müsəlman qətlə yetirilmişdi. Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürərək Qarabağı ondan qoparmağa çalışırdı. Hələ 1918-ci ilin payızında erməni quldur dəstələrinin başçısı Andranik Ozanyan Zəngəzur ərazisinin bir hissəsində möhkəmlənərək buranı erməni quberniyası elan etmişdi. Bundan sonra o, Şuşa şəhərini ələ keçirmək cəhdlərinə başlamışdı.

Ali Baş Komandanın uğurlu siyasəti nəticəsində Vətən müharibəsində qazanılan möhtəşəm qələbəmiz bir daha Azərbaycanın dəmir yumruğunun qarşısında heç bir gücün, silahın, sursatın dayana bilməyəcəyini göstərdi.

Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırıldı.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar