Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstiqlal Muzeyində  “ Həmidə Cavanşir və Cəlil Məmmədquluzadə” adlı rəsm əsərinin təqdimat mərasimi keçirildi

5 aprel 2024-cü il tarixində Azərbaycan İstiqlal Muzeyində həyata keçirilən "Mədəniyyət xeyriyyəçilik" layihəsi çərçivəsində Xalq rəssamı Altay Hacıyevin qızı Səyyarə Hacıyeva tərəfindən İstiqlal Muzeyinə hədiyyə olunmuş “ Həmidə Cavanşir və Cəlil Məmmədquluzadə” adlı rəsm əsərinin təqdimat mərasimi keçirildi...

Poliqon xəbər verir ki, bu layihə çərçivəsində Xalq rəssamları Xanlar Əhmədov və Əşrəf Heybətov, rəssam Nazim Məmmədov, heykəltəraşlar Rahib Qarayev və Nəriman Tağıyev öz əsərlərini İstiqlal Muzeyinə hədiyyə etmişdirlər.

Keçirilən tədbir-sərgidə rəssamın Azərbaycan İstiqlal Muzeyinin fondunda qorunub saxlanılan və onun şəxsi kolleksiyasından olan rəsm əsərləri nümayiş olundu. Qonaqların əsas diqqətini çəkən “ Həmidə Cavanşir və Cəlil Məmmədquluzadə” adlı portret əsəri oldu. Həmçinin rəngarlıq əsərlərindən olan “Sara Xatun” , “Xurşudbanu Natəvan”, “ Aşıq Pəri”, “ Məhsəti Gəncəvi” əsərləri sərgidə nümayiş olundu.

Tədbirdə Xalq rəssamı Altay Hacıyevin ailə üzvləri, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-mədəni irs şöbəsinin şöbə müdiri Sevil Kərimova, Əməkdar incəsənət xadimi, sənətşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, Azərbaycanın Xalq rəssamı Arif Hüseynov, C.Cabbarlının ev muzeyinin direktoru Qəmər xanım Seyfəddinqızı, Bülbülün ev muzeyinin direktoru Fərqanə xanım Cabbarova, “Yeni Qaleri” Bakı İncəsənət Mərkəzinin rəhbəri Rafael Gülməmmədov və ADRA-ın tələbələri iştirak etdilər.
Sərgi aprel ayının 16-na kimi davam edəcək.

Fotolar

Poliqon.info

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Banklar geri çəkilir, Çin şirkətləri Rusiya ödənişlərində "yeraltına" köçür...

İntim videolar çəkən FHN polkovniki yenidən hakim qarşısında

Tanınmış teleaparıcı Aytən Səfərova evə buraxılıb    

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, açarlar təqdim olunub - Yenilənib    

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə iki yeni müavin təyin edilib    

Ən çox oxunanalar