Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

115 illik “Qalatasaray” - “Fənərbağça” rəqabətində bir ilk: Mauro İkardi tarixə düşdü

Türkiyə Superkubokunda “Qalatasaray” və “Fənərbağça” arasında keçirilən və “sarı-lacivərdlər”in 2-ci dəqiqədə meydandan çəkilmələri ilə yarımçıq qalan matç bir çox istiqamətlərdə tarixə düşüb...

Şanlıurfada “11 Nisan Stadionu”nda keçirilən qarşılaşmanın 50-ci saniyəsində Mauro İkardinin qolu ilə “Qalatasaray” 1:0 önə keçib, “Fənərbağça” isə meydanı tərk edib. Bundan sonra baş hakim Volkan Bayarslan oyunu dayandırıb.

Başlama və final mərhələsi cəmi 50 saniyə ərzində davam edib və bu, həm də dünya futbol tarixinin ən qısa qarşılaşmalarından biri kimi tarixə düşüb.

Həmçinin 1909-cu il yanvarın 17-də “Papazın çayırı” adlanan yerdə “Qalatasaray”ın 2:0 hesabı ilə qalib gəldiyi matçla başlayan 115 illik rəqabətdə daha bir ilk yaşanıb. Belə ki, 50-ci saniyədə “Fənərbağça”nın qapısına qol vuran argentinalı Mauro İkardi əzəli rəqibinə ən sürətli qol vuran futbolçu adını qazanıb.

Daha əvvəl 1984-cü il aprelin 8-də “Ali Sami Yen” stadionunda keçirilən liqa matçının 55-ci saniyəsində “Qalatasaray”ın oyunçusu Mirza Seydicin vurduğu qol iki komanda arasındakı oyunlarda vurulan ən sürətli qol olub.

Eyni zamanda iki komanda arasında indiyə qədər keçirilən matçlarda ikinci dəfə oyun yarımçıq qalıb. Əzəli rəqiblərin 115 illik mübarizəsində 1934-cü il fevralın 23-də İstanbul Liqasında keçirdikləri qarşılaşma da yarımçıq qalıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Banklar geri çəkilir, Çin şirkətləri Rusiya ödənişlərində "yeraltına" köçür...

İntim videolar çəkən FHN polkovniki yenidən hakim qarşısında

Tanınmış teleaparıcı Aytən Səfərova evə buraxılıb    

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, açarlar təqdim olunub - Yenilənib    

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə iki yeni müavin təyin edilib    

Ən çox oxunanalar