Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir Həsənov İordaniya Hərbi Hava Qüvvələrinin komandanı ilə görüşüb

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İordaniya Haşimilər Krallığına rəsmi səfəri çərçivəsində Kral II Abdullah Xüsusi Əməliyyatların Təlimi Mərkəzində olub...

Bu barədə Poliqon-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Mərkəzdə Baş direktor polkovnik Nael Alşqirat ilə görüş keçirilib, bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

General-polkovnik Z.Həsənov Kral II Abdullah Xüsusi Əməliyyatların Təlimi Mərkəzi ilə tanış olub. Müdafiə nazirinə mərkəzin əsas fəaliyyət istiqaməti və burada yaradılan şəraitlə bağlı ətraflı məlumat verilib.

Müdafiə naziri daha sonra Kral Hərbi Hava Qüvvələri Komandanlığına gəlib.

General-polkovnik Zakir Həsənov burada İordaniyanın Kral Hərbi Hava Qüvvələri Komandanı general-mayor Məhəmməd Hyasat ilə görüşüb.
Görüşdə hərbi, hərbi təhsil və hərbi texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Banklar geri çəkilir, Çin şirkətləri Rusiya ödənişlərində "yeraltına" köçür...

Tanınmış teleaparıcı Aytən Səfərova evə buraxılıb    

İntim videolar çəkən FHN polkovniki yenidən hakim qarşısında

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, açarlar təqdim olunub - Yenilənib    

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə iki yeni müavin təyin edilib    

Ən çox oxunanalar