Bazar ertəsi, 29 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məişət zorakılığından zərər çəkmiş şəxsə pulsuz hüquqi yardım proseduru müəyyənləşib

Cinsi zorakılığın qurbanı olan uşağa, məişət zorakılığından zərər çəkmiş şəxsə pulsuz hüquqi yardım göstərilməsi üçün cinayət prosesində vəkilin iştirakı təmin ediləcək...

Poliqon xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət Prosessual Məcəlləyə edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşaq və ya onun qanuni nümayəndəsi, yaxud məişət zorakılığından zərər çəkmiş şəxs tələb etdikdə, cinayət prosesini həyata keçirən orqan cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşağa, yaxud məişət zorakılığından zərər çəkmiş şəxsə pulsuz hüquqi yardım göstərilməsi üçün cinayət prosesində vəkilin iştirakını təmin etməlidir.

Həmçinin, qanuna əsasən, zərər çəkmiş şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada məişət zorakılığı ilə bağlı cinayət işi üzrə pulsuz hüquqi yardımdan istifadə etmək hüququna malik olacaq. Məişət zorakılığından zərər çəkmiş şəxslərə dövlət hesabına göstərdiyi hüquqi yardım bu Məcəllədə nəzərdə tutulmuş qaydada ödəniləcək. məişət zorakılığından zərər çəkmiş şəxsə pulsuz hüquqi yardım göstərildikdə vəkilə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə daxil ediləcək.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Entoni Blinken Prezident İlham Əliyevə zəng edib

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Almatıda görüşəcək

Prezident: Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır...

İntim videolar çəkən FHN polkovniki yenidən hakim qarşısında

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə iki yeni müavin təyin edilib    

Banklar geri çəkilir, Çin şirkətləri Rusiya ödənişlərində "yeraltına" köçür...

Tanınmış teleaparıcı Aytən Səfərova evə buraxılıb    

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Ən çox oxunanalar