Bazar ertəsi, 29 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Ana və iki azyaşlı övladını amansızlıqla öldürməkdə təqsirli bilinərək ömürlük məhkum edilmiş Əhəd Əliyevin kassasiya şikayətinə baxılıb...

Qafqazinfo”nun məlumatına görə, Ali Məhkəmədə keçirilən iclasda məhkumun vəkili cinayəti müvəkkilinin törətmədiyini deyib. Müdafiə tərəfi Ə.Əliyevə bəraət verilməsini və ya işin yenidən araşdırılmasını xahiş edib.

Rəşad Abdulovun sədrlik etdiyi yüksək instansiya məhkəməsinin hakimləri belə qənaətə gəliblər ki, məhkum şəxsə verilmiş ittihamlar kifayət qədər dəlil və sübutlarla təsdiqini tapıb. Bu əsasla Ə.Əliyev barədə ömürlük azadlıqdan məhrumetmə qərarı qüvvədə saxlanılıb.

Bununla da ana və iki azyaşlı övladının ölümünə səbəb olan məhkum ömürlük Qobustandakı qapalı həbsxanada qalacaq.

Qeyd edək ki, hadisə 2022-ci ildə Bakının Nizami rayonunda baş verib. 39 yaşlı Gülnar Qaraxanova və iki azyaşlı övladı kirayə yaşadıqları evdə kəsici-deşici alətlə xüsusi amansızlıqla öldürülüblər.  

Məhkum Ə.Əliyev əvvəllər müəllim işləyib, 2007-2014-cü illərdə isə Saatlı rayonu, Novruzlu kənd məktəbinin direktoru olub.

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Banklar geri çəkilir, Çin şirkətləri Rusiya ödənişlərində "yeraltına" köçür...

İntim videolar çəkən FHN polkovniki yenidən hakim qarşısında

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə iki yeni müavin təyin edilib    

Tanınmış teleaparıcı Aytən Səfərova evə buraxılıb    

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, açarlar təqdim olunub - Yenilənib    

Bakıda universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - Foto

Ən çox oxunanalar