Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir neçə ölkənin XİN-i İranın səfirlərini İsrailə hücumlarla bağlı çağırıb

Almaniya, Belçika və digər ölkələrin Xarici İşlər nazirlikləri İranın səfirlərini çağıraraq Tehranın İsrailə zərbələrini pisləyib və gərginliyi azaltmağa çağırıblar...

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

"Bu hücum görünməmiş eskalasiyanın davamıdır. Biz bunu ən kəskin şəkildə pisləyirik", - Belçika Xarici İşlər Nazirliyinin saytı dövlət orqanının rəhbəri Hadija Labibin sözlərindən sitat gətirib.

Onun xahişi ilə İranın Belçikadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və diplomata bildirilib ki, nəyin bahasına olursa-olsun, regionda gərginliyin qarşısını almaq lazımdır.

İran səfirinin çağırıldığını Çexiyanın xarici işlər naziri Yan Lipavski də açıqlayıb. “Bu gün mən İran səfirini çağırmaq qərarına gəldim. Çexiya diplomatiyası İrana anlatdı ki, İsrailə hücum edərək bütün sərhədləri keçib, İran rejimi regionda təhlükəsizliyi təhdid edir”, - Lipavski sosial şəbəkə hesabında yazıb.

Öz növbəsində Qərb mətbuatı da yazır ki, Almaniya Xarici İşlər Nazirliyi bu gün səhər saatlarında İran səfirini İsrailə endirilən zərbələrdən narazılığını bildirmək üçün çağırıb.

Bazar günü İranın səfirləri həmçinin İngiltərə, Niderland və İordaniyanın Xarici İşlər nazirlikləri tərəfindən çağırılıb. Britaniyanın Xarici İşlər Nazirliyi İranı təkcə hücuma görə deyil, həm də İordaniya və İraqın hava məkanını pozduğuna görə qınayıb.

Bundan əlavə, Fransanın xarici işlər naziri Stefan Sejurne bazar günü "XİN-dən İran səfirini sabah çağırmağı xahiş etdiyini" söyləyib.

Aprelin 14-nə keçən gecə İran İsrailə çoxsaylı raket və dron zərbələri endirib. İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari İranın İsrailə atdığı təxminən 300 raket və dronunun təxminən 99 %-nin İsrailin hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu bildirib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Banklar geri çəkilir, Çin şirkətləri Rusiya ödənişlərində "yeraltına" köçür...

İntim videolar çəkən FHN polkovniki yenidən hakim qarşısında

Tanınmış teleaparıcı Aytən Səfərova evə buraxılıb    

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, açarlar təqdim olunub - Yenilənib    

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə iki yeni müavin təyin edilib    

Ən çox oxunanalar