Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elnur Məmmədli: “Bəzi çəkilərdə olimpiadaya kimin gedəcəyi dəqiq bilinmir”    

“Bəzi çəkilərdə olimpiadaya kimin gedəcəyi dəqiq bilinmir. Avropa və dünya çempionatından sonra bu barədə yekun qərar veriləcək”...

“Report” xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli jurnalistlərə açıqlamasında deyib.

Federasiya rəsmisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Avropa çempionatına hazırlaşan cüdoçuların əhvali-ruhiyyələrinin yaxşı olduğunu bildirib:

“10 gündən az vaxtımız qalıb. Yarışa tam heyətlə qatılacağıq. Kimdə hansısa çatışmazlıq varsa, məşqçilər korpusu bunu aradan qaldırmağa çalışır. Əsas hədəfimiz olimpiadadır. Cüdoçularımız Avropa və dünya çempionatlarına gedəcəklər. Ötən illə müqayisədə bu dəfə onların yükünü azaltmayacağıq”.

Elnur Məmmədli milli üzvlərindən qitə birinciliyində uğurlu nəticələr gözlədiklərini sözlərinə əlavə edib:

“Ötən il Avropa çempionatından iki qızıl medalla qayıtmışdıq. Həmin vaxt fəxri kürsünün ən yüksək pilləsinə qalxan Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) hazırda reytinqdə müvafiq olaraq birinci və ikinci yerdədirlər. Əlbəttə ki, digər ölkələrin cüdoçuları da bizə qarşı hazırlaşırlar. Buna baxmayaraq, bütün idmançılarımız qitə birinciliyində öz məharətlərini göstərəcəklər”.

Olimpiya çempionu 81 kq çəkidə çıxış edən Səid Mollayinin heyətə cəlb olunmamasının səbəbini də açıqlayıb:

“Mollayi zədəlidir. Sağlamlığını bərpa etməsi üçün ona xüsusi proqram verilib. Sağaldıqdan sonra yenidən heyətdə yer alacaq”.

Qeyd edək ki, aprelin 25-də startı veriləcək və üç gün davam edəcək Avropa çempionatında Azərbaycan millisinin 9 çəki dərəsində 13 cüdoçusu mübarizə aparacaq.

Poliqon.info

 

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Banklar geri çəkilir, Çin şirkətləri Rusiya ödənişlərində "yeraltına" köçür...

İntim videolar çəkən FHN polkovniki yenidən hakim qarşısında

Tanınmış teleaparıcı Aytən Səfərova evə buraxılıb    

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, açarlar təqdim olunub - Yenilənib    

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə iki yeni müavin təyin edilib    

Ən çox oxunanalar