Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qəzzada atəşkəs danışıqları demək olar ki, dondurulub

Bu günə qədər İsrail və HƏMAS arasında atəşkəs, eləcə də girovların azad edilməsi ilə bağlı danışıqlar praktiki olaraq dondurulub...

Poliqon xəbər verir ki, bu barədə NBC News telekanalı ərəb diplomatına istinadən məlumat yayıb.Telekanalın mənbəsi bildirib ki, tərəflər çıxılmaz vəziyyətə düşüb.

NBC-nin məlumatına görə, müzakirələrdə heç bir irəliləyiş yoxdur, çünki İsrail və İran arasındakı gərginlik aprelin əvvəlindən “önə çıxıb” və danışıqlar prosesini çətinləşdirib. Mənbə danışıqların davam etdirilməsi planlarını açıqlamayıb.

Qeyd edək ki, bir gün əvvəl “The Times of Israel” İsrail rəsmisinə istinadən yazıb ki, HƏMAS nümayəndələri son danışıqlarda razılaşmanın bütün müddəalarını rədd ediblər. Xüsusilə silahlılar tam atəşkəs və İsrail qoşunlarının Qəzza zolağından çıxarılması şərti ilə birinci mərhələdə 40 yox, cəmi 20 girovu azad etməyə hazır olduqlarını bəyan ediblər.

HƏMAS və İsrail arasında razılaşmaya dair danışıqlar ABŞ, Qətər və Misirin vasitəçiliyi ilə aparılır. İsrail hərbi əməliyyatlar başa çatdıqdan sonra Qəzzada təhlükəsizlik nəzarətinin yaradılmasının vacibliyində israr edir. İsrail tərəfinin məlumatına görə, anklavda 129 nəfər girov qalıb, onlardan 34 nəfəri İDF-nin ölü hesab etdiyi şəxslərdir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Banklar geri çəkilir, Çin şirkətləri Rusiya ödənişlərində "yeraltına" köçür...

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, açarlar təqdim olunub - Yenilənib    

Tanınmış teleaparıcı Aytən Səfərova evə buraxılıb    

İntim videolar çəkən FHN polkovniki yenidən hakim qarşısında

Ən çox oxunanalar