Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həbsdə olan jurnalist Cəmil Məmmədliyə hökm oxunub

Həbsdə olan jurnalist Cəmil Məmmədli barəsində cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb...

APA-nın xəbərinə görə, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə Cəmil Məmmədli son söz deyib O, ittihamların əsassız olduğunu bildirib.

Daha sonra məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, Cəmil Məmmədli 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dövlət ittihamçısı Cəmil Məmmədlinin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il 3 ay müddətinə azadlıqdan məhrum olunmasını istəmişdi.

Xatırladaq ki, ötən il avqust ayında keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsin istintaqın gedişinə mane olduğunu, müxtəlif üsullarla zərərçəkmişlərə təsir etdiyini əsas gətirərək onun həbs edilməsini istəyib. Məhkəmə vəsatəti əsaslı hesab edərək C.Məmmədli barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirini həbs qətimkan tədbiri ilə əvəz edib.

Cəmil Məmmədli ötən ilin yanvarında cinayət məsuliyyətinə cəlb edilib.

O, Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci ( xuliqanlıq) maddələri ilə ittiham olunur.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Banklar geri çəkilir, Çin şirkətləri Rusiya ödənişlərində "yeraltına" köçür...

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, açarlar təqdim olunub - Yenilənib    

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Ən çox oxunanalar