Gürcüstanın "Xalq Gücü" Partiyası ABŞ-ı Vaşinqtonun ölkənin inkişafı üçün ayırdığı puldan Amerika agentləri şəbəkəsi və inqilabi ssenarilər yaratmaq üçün istifadə etməkdə ittiham edib...
Poliqon "Sputnik Georgia"ya istinadən xəbər verir ki, bu barədə partiyanın bəyanatında deyilir.
"Bəlkə də bu pulların böyük hissəsi inqilab ssenarilərinə və agentlərin hakimiyyətə qayıdışına, dövlət institutlarının zəiflədilməsinə, pravoslav kilsəsinin nüfuzuna xələl gətirməyə, LGBT təbliğatına, din pərdəsi altında siyasi müdaxilənin təşviqinə, dini ekstremizmin dəstəklənməsinə, strateji iqtisadi layihələrin qarşısının alınmasına, radikallaşmaya və s. təhrik edir", deyə partiya qeyd edib.
Bəyanatda bildirilir ki, heç bir dövlət başqa dövlətə xeyriyyəçilik və ya yardım üçün fəaliyyət göstərmir.
Bundan əvvəl Gürcüstanın müxalifət partiyaları xarici agentlər haqqında qanun layihəsinin ikinci oxunuşda qəbul edilməsinə qarşı çıxmaq üçün tam koordinasiyada çalışacaqlarını bəyan etmişdilər.
Aprelin 15-dən Gürcüstanda mitinqlər keçirilir və iştirakçılar xarici agentlər haqqında qanun layihəsinin müzakirədən çıxarılmasını tələb edirlər. Aksiya iştirakçıları polislə toqquşub, hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və butulka atıblar. Buna cavab olaraq xüsusi təyinatlılar etirazçılara qarşı bibər qazından istifadə edib.
Poliqon.info