Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MKİ: Si Tsinpin Tayvanı nəzarətə götürməkdə qərarlıdır...

Çin Xalq Respublikasının sədri Si Szinpin Tayvanı nəzarətə götürməkdə qərarlıdır...

Poliqon xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Börns açıqlama verib. Onun çıxışı sabiq prezident Corc Buşun adını daşıyan mərkəzin saytında dərc edilib.

"Düşünürəm ki, Si Szinpin siyasi həyatı boyunca Tayvanı idarə etmək üçün hərəkətə keçməkdə qərarlıdır. Bu, onun sabah, gələn ay və ya gələn il adanı işğal etməyi planlaşdırdığı anlamına gəlmir. Bu o deməkdir ki, biz (ABŞ-red.) bu ambisiyaları çox ciddi qəbul etməliyik", deyə Börns bildirib.

Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Rey isə bildirib ki, çinli hakerlər ABŞ-ın kritik infrastrukturuna sızıblar və hər an zərbə endirməyə hazırdırlar.

O iddia edir ki, Pekinin enerji, su və iqtisadiyyatın digər kritik sektorlarında, o cümlədən telekommunikasiya sahəsində artıq xeyli sayda ABŞ şirkətlərinə giriş əldə edən "Volt Typhoon" haker qrupunun arxasında Çin rəhbərliyi cayanır.

FTB direktoru hesab edir ki, nə vaxtsa "Volt Tayfun" ABŞ-a zərbə vuraraq Amerika iqtisadiyyatının əhəmiyyətli hissəsini iflic edə bilər.

Pekin haker qrupu ilə əlaqəsini inkar edir və qeyd edir ki, Vaşinqton bu mövzudan Çini əsassız şəkildə tənqid etmək üçün istifadə etməyə çalışır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Ən çox oxunanalar