Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaxın Şərqdə İrana qarşı koalisiya yarana bilər    

İranın Yaxın Şərqdə İsrail ərazisinə hücumundan sonra anti-İran ittifaqının yaradılması üçün ilkin şərtlər yaranıb...

Poliqon xəbər verir ki, bu barədə "Foreign Affairs" yazıb.

Mətndə qeyd edilir ki, İranın yəhudi dövlətinə atdığı raket və pilotsuz təyyarələrin tutulmasında iştirak edən regional və beynəlxalq koalisiya Tehrana qarşı yönələcək regional ittifaq yaratmaq potensialını göstərir. Bu dövlətlər (ərəblər də daxil olmaqla) , İranla münaqişə artmaqda davam edərsə, İsrailin yanında olacaqlar. İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Herzi Halevi bəyan edib ki, İranın hücumu "Yaxın Şərqdə əməkdaşlıq üçün yeni imkanlar yaradıb. 

İsrailin aparıcı beyin mərkəzi olan Milli Təhlükəsizlik Araşdırmaları İnstitutu bəyan edib ki, İrandan İsrailə doğru atılan raketlərin qarşısının alınmasında iştirak edən regional və beynəlxalq koalisiya İrana qarşı regional ittifaq yaratmaq potensialını nümayiş etdirir.

İsrail İranın hücumuna İrandakı hərbi obyektə nisbətən məhdud zərbə ilə cavab verdikdən sonra "Washington Post" qəzetinin yazarı David İqnatius İsrailin özünü "İran əleyhinə regional koalisiyanın lideri kimi apardığını" bildirib: "Bu koalisiyadakı müttəfiqlərin - Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya - keçən həftə sonu hüsumda İsrailə səssizcə kömək edərək maraqlarını nümayiş etdirdilər".

Aprelin 14-nə keçən gecə İran İsrailə doğru 185 pilotsuz uçuş aparatı və 150 ​​raket atıb. Yəhudi dövlətinin ordusunun Dəməşqdəki respublika səfirliyinə hücumuna Tehran belə cavab verib. Bundan sonra "The Wall Street Journal" İranın İsrailə hücumunun miqyasının Amerika administrasiyasının nümayəndələrini şoka saldığını yazıb.

Aprelin 19-da məlum olub ki, İrandakı obyekt İsrail tərəfindən raket hücumuna məruz qalıb. İranın "Fars" agentliyinin məlumatına görə, partlayış İsfahan əyalətinin Kehcəvaristan şəhərində, İsfahan hava limanı və ölkə ordusunun 8-ci Hərbi Hava Qüvvələri bazası yaxınlığında baş verib.

Poliqon.info

 

 

 

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

Azərbaycanın gənc gimnastı Avropa Kubokunda gümüş medal qazanıb

Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - Video

Android 15 yeniləməsi ilk olaraq hansı telefonlara gələcək?

Ən çox oxunanalar