Bazar ertəsi, 27 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniya Ukraynaya ultra uzaqmənzilli mərmilər verəcək

Almaniyanın "Rheinmetall" müdafiə konserni bu il Ukraynaya yüz minlərlə artilleriya mərmisi, o cümlədən 100 kilometr mənzilli prototiplər təqdim edəcək...

Poliqon xəbər verir ki, bu barədə şirkətin rəhbəri Armin Papperger "Handelsblatt" qəzetinə bildirib.

"Bu il Düsseldorf şirkəti Ukraynaya yüz minlərlə mərmi, o cümlədən 100 kilometr atəş məsafəsinə malik artilleriya mərmilərinin prototipləri tədarük edəcək", deyə məqalədə qeyd edilir.

Konsern Almaniyada yeni artilleriya zavodu tikir, həmçinin Litvada yeni istehsalat zavodu yaradır. Bundan əlavə, "Rheinmetall" Ukraynada artilleriya zavodu tikməyi planlaşdırır.

Keçən həftə alman solçu ekstremistləri Pappergerin mülkündəki bağ evinin yandırılmasına görə məsuliyyəti öz üzərinə götürərək, şirkətin Ukraynaya silah verməklə varlandığını izah edib.

Avropanın ən böyük hərbi texnika istehsalçılarından biri olan "Rheinmetall" ötən il dövriyyəsini 12% artıraraq 7,1 milyard avroya çatdırıb. Alman müdafiə konserninin illik hesabatında birbaşa deyilir ki, xüsusi fayda Ukraynadakı silahlı münaqişə ilə bağlı artan tələbdən əldə edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda keşiş Paşinyanın postuna namizəd oldu

Qazaxın işğaldan azad edilən dörd kəndinin sakinləri doğma yurdlarında - Video

Paytaxtdakı uşaq bağçasında çəkilən kadrlar müzakirələrə səbəb olub

Azərbaycanda hotellərə ulduz dərəcəsi hansı meyarlara görə verilir?

Sərbəst güləş yığmamız Avropa çempionu oldu

Siyəzəndə 45 yaşlı kişi özünü güllələyib

Zelenski ABŞ və Çin liderlərini sülh sammitinə çağırıb

“Formula 1” üzrə Monako Qran-prisinin qalibi müəyyənləşib

Ən çox oxunanalar