Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmləri mərhələli şəkildə yeni modelə keçirilir

Məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmləri mərhələli şəkildə yeni modelə keçirilir...

Poliqon xəbər verir ki, bu, Milli Məclisinin Əmək və sosial siyasət və İnsan hüquqları komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Hazırda “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunda nəzərdə tutulmuş sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində, məcburi köçkünlərə bərabər tutulan şəxslərin isə əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı və ya daimi məskunlaşdıqları vaxtadək qüvvədədir.

Layihəyə əsasən, qanunda nəzərdə tutulmuş sosial müdafiə tədbirləri məcburi köçkünlərin məcburi köçkün statusunu itirdikləri gündən üç il müddətində qüvvədə olacaq.

Qüvvədə olan qanuna görə, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Dəyişikliyə əsasən, həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülmə şərti aradan qaldırılır. Başqa sözlə, belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərə başqa yaşayış sahəsi təklif etməlidirlər.

Keçid müddəalarına əsasən, bu qanun qüvvəyə mindiyi tarixədək əvvəlki yaşayış yerinin əvəzinə işğaldan azad edilmiş ərazilərdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edilmiş məcburi köçkünlərin “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunda nəzərdə tutulmuş sosial müdafiə tədbirlərinin qüvvədə olma müddəti onların belə yaşayış sahələri ilə təmin edildiyi vaxtdan hesablanır.

Eyni zamanda bu qanun qüvvəyə mindiyi tarixədək dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan və təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən məcburi köçkünlərin təhsil haqqı onlar təhsilini başa vurduğu müddətədək dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb

Ən çox oxunanalar