Almaniyadan 1,5 min şirkət Rusiyada fəaliyyət göstərir...
Poliqon xəbər verir ki, bu barədə Almaniyanın Bundestaqında "Almaniya üçün Alternativ" (AfD) fraksiyasının sədr müavini və xarici siyasət eksperti Markus Fronmayer Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (PMEF) kənarında TASS-a açıqlamasında bildirib.
Siyasətçi qeyd edib ki, Almaniya nümayəndə heyəti PMEF-ə Almaniya şirkətlərinin Rusiyadakı vəziyyətini öyrənmək üçün gəlib. Onun sözlərinə görə, Rusiya ərazisində təxminən 1,5 min Almaniya şirkəti fəaliyyətini davam etdirir və nümayəndə heyətinin məqsədi bu şirkətlər üçün şəraitin yenidən daha əlverişli hala gətirilməsi yollarını müzakirə etməkdir.
Fronmayer əlavə edib ki, forum çərçivəsində Almaniyanın üzləşdiyi enerji böhranı da müzakirə olunacaq.
4 iyunda o, həmçinin alman avtomobil konsernlərinin Rusiya bazarına qayıtmaqda maraqlı olduğunu bildirib. 19 may tarixində isə Aİ-nin Rusiyaya qarşı sanksiyalarının Almaniyada avtomobil sənayesi üçün çip qıtlığı yaratdığı barədə məlumat yayılmışdı.
Poliqon.info