Vaşinqtonun atəşkəs açıqlamasına baxmayaraq regionda vəziyyət yenidən gərginləşib...
Poliqon xəbər verir ki, Bloomberg nəşrinin məlumatına görə, İran ABŞ ilə müvəqqəti sülh sazişi üzrə aparılan danışıqlarda son günlər heç bir irəliləyiş əldə olunmadığını bildirib. Eyni zamanda Livanda döyüş əməliyyatlarının davam etdiyi, ABŞ-nin İsrail və Livan arasında atəşkəs elanına baxmayaraq bölgədə vəziyyətin sabitləşmədiyi qeyd olunub.
İranın xarici işlər naziri Abbas Əraqçi Abbas Əraqçi çərşənbə günü gecə saatlarında açıqlama verərək ABŞ ilə aparılan danışıqlarda “heç bir nəzərəçarpacaq irəliləyiş əldə olunmadığını” bildirib. Bu barədə Tasnim agentliyi məlumat yayıb.
Məlumata əsasən, Vaşinqton və Tehran hazırda iki aylıq atəşkəsin uzadılmasını nəzərdə tutan razılaşmanın detallarını müzakirə etməyə çalışır. Planın tərkib hissələrindən biri kimi İranın Hörmüz boğazını kommersiya gəmiləri üçün yenidən açması məsələsi də gündəmdədir.
Bununla belə, regionda gərginlik yüksək olaraq qalır. Son günlər tərəflər arasında 8 aprel tarixində qüvvəyə minən atəşkəsdən sonra ən ciddi qarşıdurmaların baş verdiyi bildirilir. Ekspertlər vəziyyətin hələ də qeyri-sabit olduğunu və tərəflər arasında etimadın zəif qaldığını vurğulayırlar.
Poliqon.info