Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Portuqaliya və Avstriya ilk tur səsverməsində üstün gələrək 2027–2028-ci illər üçün BMT TŞ-də yer qazanıblar...

Poliqon xəbər verir ki, Der Spiegel nəşrinin məlumatına görə, Almaniya BMT Təhlükəsizlik Şurasında keçici üzv yerini əldə edə bilməyib.

BMT Baş Assambleyasının sədri Annalena Berbok səsvermənin nəticələrini açıqlayaraq Portuqaliya və Avstriyanın ilk turda üstünlük qazandığını bildirib. Nəticələrə əsasən, Avstriya 131, Portuqaliya 134, Almaniya isə 104 səs toplayıb. Seçilmək üçün 193 üzv dövlətin üçdə ikisinin dəstəyi tələb olunurdu və bir ölkə bitərəf qalıb.

Məlumata görə, seçilən ölkələr 2027–2028-ci illər üzrə BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzv kimi fəaliyyət göstərəcək.

Almaniya BMT-də bu statusa mütəmadi şəkildə iddia etsə də, son nəticə Berlin üçün uğursuz hesab olunur. Diplomatik mənbələrə görə, Almaniya bir neçə dəfə bu yerə seçilsə də, bu dəfə Portuqaliya və Avstriya rəqabətdə üstünlük əldə edib.

Almaniyanın xarici işlər naziri Yohan Vadeful səsvermədən əvvəl optimist açıqlama verərək ölkəsinin uğur qazanacağına inandığını bildirmişdi. O, səsvermə öncəsi BMT Baş Assambleyasının zalında avstriyalı və portuqaliyalı həmkarları ilə selfi də çəkmişdi.

Poliqon.info


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay