Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda ət qiymətləri ilə bağlı mühüm qroqnoz 

Azərbaycanda ət bazarında qiymətlərin sabitləşməsinin istehsalın artırılması və maya dəyərinin azaldılması hesabına təmin olunacağı gözlənilir...

Poliqon APA-ya istinadla xəbər verir ki, bunu mətbuat konfransında kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib.

Nazir müavini bildirib ki, əsas məqsəd ət istehsalını artırmaq, məhsuldarlığı yüksəltmək və istehsal xərclərini azaltmaqdır.

"Ət istehsalının maya dəyərinin uyğun səviyyədə formalaşdırılması hesabına bazarda sabitlik yaranacağını düşünürük", - deyə Zaur Əliyev qeyd edib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın mal ətinə tələbatının 83,7%-i, qoyun ətinə tələbatının 94,2%-i, quş ətinə tələbatının isə 82%-i yerli istehsal hesabına ödənilir.

Nazir müavini əlavə edib ki, Dövlət Proqramında ölkənin ət məhsulları üzrə özünütəminetmə səviyyəsinin artırılması nəzərdə tutulur.

Zaur Əliyev vurğulayıb ki, son illərdə dünyada ət qiymətlərində artım müşahidə olunur. Bu artıma pandemiyadan sonra logistika, yem və digər istehsal xərclərinin yüksəlməsi təsir edib.

Onun sözlərinə görə, heyvandarlıqda əsas maya dəyəri elementi yemdir və yem istehsalında məhsuldarlığın artırılması gələcəkdə ət istehsalının maya dəyərinin azalmasına imkan verəcək.

Poliqon.info


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb

Ən çox oxunanalar