Bazar ertəsi, 27 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazaxıstanın xüsusi xilasetmə qrupu Türkiyəyə yola düşüb

Kahramanmaraş şəhərində baş verən dağıdıcı zəlzələdən sonra Qazaxıstandan gələn axtarış-xilasetmə qrupu, eləcə də səhiyyə işçiləri sakinlərə yardım etmək üçün Türkiyəyə yola düşüb...

“Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə Qazaxıstan Respublikası fövqəladə hallar nazirinin müavini İbrahim Kulşimbayev bildirib.

“Bu gün səhər saatlarında Türkiyənin Şərqi Aralıq dənizi bölgələrində silsilə zəlzələlər baş verib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin göstərişi ilə Fövqəladə Hallar Nazirliyinin operativ xüsusi xilasetmə qrupları hazırlanıb. 41 nəfərlik komandada fəlakətdən xilasetmə qrupu ilə yanaşı, səhiyyə işçiləri də var”, - Külşimbayev deyib.

Nazir müavini qeyd edib ki, axtarış-xilasetmə qrupu xüsusi texnika formasında avadanlıqla yanaşı, xilasetmə maşınları, tibbi avadanlıqlar, pnevmatik modul çadırlar, hidravlik xilasetmə maşınları ilə gəlir. Heyəti həmçinin xüsusi xidməti itlər də müşayiət edəcək.

Almatıdan ayrılan komanda bu axşam Qaziantep hava limanına çatacaq və ən qısa zamanda fəlakət bölgəsinə gedəcəklər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan ordusu Xankəndinin bir addımlığında - Video

Rusiyada milyarder Fərhad Əhmədovu həbs edə bilərlər...

Azərbaycana söz atmaq həvəsi qursağında qaldı: Ermənistan prezidenti özünü biabır etdi - Foto

Putin Mariupol səfəri haqda: Kəməri bağlamadım ki...

"Qarabağ" yoldaşlıq oyununda "Qalatasaray"a uduzdu - Yenilənib

Beynəlxalq Arbitraj Məhkəməsi Türkiyənin əleyhinə qərar verib

Tanınmış aktyor təcili tibbi yardımda vəfat etdi - Foto

İlham Əliyev və Mehriban Əliyeva “Qarabağ” - “Qalatasaray” oyununa stadionda baxıblar - Yenilənib

Ən çox oxunanalar