Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İspaniyada Rusiya ilə ticarət əlaqələrinin tamamilə dayandırılması müzakirə olunur

İspaniyanın Rusiya enerjisindən asılılığı digər Avropa ölkələri ilə müqayisədə xeyli azdır...

İspaniya parlamentinin aşağı palatasının ultrasağçı “Vox” (“Səs”) partiyasından olan bir qrup deputat Avropa İttifaqı ilə Rusiya arasında ticarət əlaqələrinin tamamilə dayandırılması üçün ölkə hökumətinə müraciət edib.

Prlamentarilər müraciətlərində İspaniya hökumətinin daha əvvəl verdiyi bəyanata istinad edirlər.

Belə ki, 9 sentyabr 2022-ci ildə hökumət İspaniya Bankının araşdırmasına istinad edərək bildirib ki, hesablamalara görə, Rusiya ilə Aİ arasında ticarət tamamilə dayandırılarsa, İspaniyanın ümumi daxili məhsulu (ÜDM) 1,8 faiz azala bilər. Üstəlik, bankın fikrincə, İspaniyanın Rusiya enerjisindən asılılığı digər Avropa ölkələri ilə müqayisədə xeyli azdır və buna görə də araşdırmaya görə, İspaniya üçün Rusiya ilə ticarətdən tamamilə çıxmaq nisbətən az ağrılı olardı.

Bundan əvvəl İspaniyanın energetika naziri Teresa Ribera xaricdən yanacaq alan bütün şirkətlərə məktub göndərərək, onları Rusiya ilə yeni müqavilələrdən imtina etməyə çağırıb. Məktubda spot müqavilələr açıq şəkildə qeyd edilmir, lakin mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünün diversifikasiyasını gücləndirmək və Rusiyadan idxalı dayandırmaq üçün ümumi çağırış var.(unikal)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Ən çox oxunanalar