Fransa fevral ayında Macarıstanı sıxışdıraraq, Avropa ölkələri arasında Rusiya qazının əsas alıcısına çevrilib...
Poliqon xəbər verir ki, bu barədə "RİA Novosti"nin Avropa statistikasına əsaslanan hesablamalarına istinadən məlumat yayıb.
Fransa qışın sonunda Rusiyadan 322,3 milyon avroya maye qaz alıb ki, bu da əvvəlki ayla müqayisədə 10% çoxdur. Nəticədə ölkə Avropa İttifaqında Rusiya qazının əsas idxalçısına çevrilib - bu, sonuncu dəfə 2023-cü ilin noyabrında müşahidə olunub.
Boru kəməri qazı alan Macarıstan ötən ilin dekabrında Rusiyadan mavi yanacaq almaqda lider olub. Bununla belə, fevral ayında idxalını 1/3 - 210 milyon avroya endirərək ikinci yerə enib. İlk üçlüyü 118,3 milyon avro dəyərində LNG idxalı ilə İspaniya qapayır.
Yunanıstan fevralda Rusiyadan qaz alışını ən çox - 7,8 dəfə artıraraq 110,4 milyon avroya çatdırıb. Finlandiya və İsveç alışlarını iki dəfə artıraraq, müvafiq olaraq 6,6 və 4,7 milyon avroya çatdırıb.
Ümumilikdə, Avropa İttifaqı qışın sonunda Rusiyadan 1,1 milyard avro dəyərində qaz alıb ki, bunun da 619,4 milyonu LNG tədarükü, 493,3 milyonu isə boru kəməri qazı olub.
Poliqon.info