Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2,5 milyonluq uşaq bağçası - “MİDA”-nın layihəni həvalə etdiyi sirli şirkət

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyində fəaliyyət göstərən “MİDA” MMC Abşeron rayonunun Saray qəsəbəsində yeni uşaq bağçasının tikintisi ilə bağlı satınalma müsabiqəsinə yekun vurub...

Poliqon xəbər verir ki,qaynarinfo-nun məlumatına görə, layihə çərçivəsində Saray qəsəbəsində yerləşən 4,5 hektar torpaq sahəsində 2 mərtəbəli, 80 yerlik uşaq bağçası inşa olunacaq.

Müsabiqənin qalibi “İdeal TM” Qapalı Səhmdar Cəmiyyəti (QSC) seçilib.

“MİDA” MMC ilə şirkət arasında bağlanacaq müqavilənin maliyyə dəyəri 2 milyon 535 min 316 manat 36 qəpik təşkil edir. Layihənin icra müddəti və tikintinin nə vaxt başa çatacağı barədə hələlik əlavə məlumat açıqlanmayıb.

“İdeal TM” QSC 2018-ci ildə yaradılıb. Nizamnamə kapitalı 2 010 AZN-dir. Hüquqi ünvanı Bakı Şəhəri Nəsimi Rayonu, Tiflis pr, ev 44 C, m. 0 ünvanında yerləşir. Şirkətin qanuni təmsilçisi Əliyev Əfqan Tapdıq oğludur.

Açıq mənbələrdə “İdeal TM” MMC haqqında heç bir məlumat yoxdur.

Əfqan Əliyevə gəlincə, o, həm də “NN Group” MMC-nin rəhbəridir. 2024-cü ildə ona inzibati protokol tərtib edilib. Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər 20000 manatdan 25000 manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

“NN Group” MMC hələ 2019-2020-cı illərdə məktəb tkintisi ilə “MİDA” MMC ilə 7 və 13 milyonluq satınalma müqaviləsi bağlayıb. Hər iki tender üzrə satınalma prosesi birmənbə metodu ilə həyata keçirilib.

“MİDA” MMC-nin rəhbəri Fərhad Təhməzovdur. O, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qorxmaz Təhməzlinin qardaşıdır. (Tribuna)

Poliqon.info


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay