Rubio Vaşinqtonun Kiyevə dəstəyinin davam etdiyini və yeni yardım paketinin ayrıldığını açıqlayıb...
Poliqon xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio ABŞ-ın Ukrayna üçün 400 milyon dollarlıq yeni hərbi yardım paketi hazırladığını bildirib. Onun sözlərinə görə, bu vəsait bir neçə aydır ABŞ Müdafiə Nazirliyi tərəfindən saxlanılırdı.
Rubio qeyd edib ki, Vaşinqton Kiyevə hərbi dəstəyini davam etdirir və bu yardım paketi Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəlib.
“ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır”, deyə Rubio bildirib.
Məlumata görə, yardım paketinin tərkibi barədə detallı açıqlama verilməsə də, onun hava hücumundan müdafiə sistemləri, döyüş sursatı və digər hərbi texnikanı əhatə etməsi gözlənilir.
Qeyd edək ki, ABŞ son illərdə Ukraynaya milyardlarla dollar dəyərində hərbi yardım göstərib və bu siyasət Rusiya–Ukrayna müharibəsi fonunda davam etdirilir.
Poliqon.info